Icma.az
close
up
RU
Aİ nin rüsumu: Bu cür addımlar dünya iqtisadiyyatının düzənini pozmağa hesablanır

Aİ nin rüsumu: Bu cür addımlar dünya iqtisadiyyatının düzənini pozmağa hesablanır

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

Avropa İttifaqı (Aİ) bütün dünyadan polad idxalına 50% rüsum tətbiq etməyə hazırlaşır.

Bakkıvaxtı.az xəbər verir ki, bunu Britaniya polad şirkətlərinin maraqlarının müdafiəsi ilə məşğul olan “UK Steel” assosiasiyasının baş direktoru Qaret Steys bildirib. Onun sözlərinə görə, Böyük Britaniyanın bu sahədə ixracının 80%-i Avropa İttifaqı ölkələrinə yönəldiyi nəzərə alınsa, Avropa İttifaqının mümkün tədbirləri krallığın iqtisadiyyatına güclü təsir göstərəcək.

Trampdan sonra Aİ-nin bu səviyyədə rüsumu qlobal iqtisadiyyata necə təsir edəcək?

Mövzu ilə bağlı Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı ekspert Vüqar Oruc öz fikirlərini Bakıvaxtı.az-la bölüşüb.

Onun sözlərinə görə, bu cür addımlar daxili bazara müsbət təsir göstərsə də, müvəqqəti xarakter daşıyır:

"ABŞ prezdenti Donald Tramp hakimiyyətə gələndən sonra eyni tədbirlər zəncirinin şahidi olduq. Bu addım yerli sahibkarları və yerli iqtisadiyyatı qorumaq üçün atılan prementiv tədbirlərdən biridir. Sözügedən rüsumlar daxili istehsalı stimullaşdırmaq üçün nəzərdə tutulur. Yəni, xaricdən idxal olunan məhsulların daxildə daha baha qiymətə təklif olunması fonunda xarici ölkələrin rəqabətdən kənarlaşdırılması planlaşdırılır”.

Müsahibimiz qeyd edib ki, məlum rüsum tətbiqi Avropanın daxili bazarına müsbət töhfə verə bilər, lakin bu tətbiqlə bağlı cavab ola bilər. Ekspert hesab edir ki, rüsum tətbiqi hər hansısa uzunmüddətli ciddi nəticə verə bilməz:

“İxracatçılar yeni və fərqli tərəfdaşlar tapa bilər. Tarix göstərir ki, bu cür rüsum tətbiqləri qısamüddətli mənfəət əldə olunmasına imkan yaradır".

İqtisadçı hesab edir ki, Avropa İttifaqı rəqabətə davamlılığını təmin etmək üçün rüsum tətbiqindən istifadə etməyə qərar verib.

"Bütün hallarda rüsum tətbiqlər fonunda iqtisadi kataklizmlər meydana gələ bilər. Çünki bu cür addımlar dünya iqtisadiyyatının düzənini pozmağa hesablanır. Əgər  polad idxalına rüsum tətbiq olunarsa, Çinin böyük polad ixracatçılarından biri kimi Avropaya polad ixracatının qarşısını alınacaq. Ona görə ki, qiymətlərin rəqabətə davamlı olmaması ixracatçıların müəyyən problemlərlə üzləşməsinə yol aça bilir. Əsas məsələ odur ki, bu prosesin əks təsirləri də olacaq", - müsahibimiz qeyd edib.

Vüqar Oruc: Məlum rüsum tətbiqi Avropanın daxili bazarına müsbət töhfə verə bilər, lakin...

V.Orucun fikrincə, ixracatda problem yaşayan dövlətlər həmin məhsulları ya alternativ bazarlara, ya da daxilə yönəldəcəklər. İkinci halda daxildə poladın qiymətinin aşağı düşməsinə və Çin avtomobillərinin qiymətinin daha da ucuzlaşmasına səbəb ola bilər. Bu isə Çin avtomobillərinin dünyada artan nüfuz dairəsini daha da artıracaq:

"Çin avtomobilləri modifikasiya və keyfiyyət məsələlərini həll etməklə, bütün yerli bazarları sıradan çıxarmaq imkanına malikdir. Avropa dövlətləri bunun qarşısını almaq üçün müəyyən tədbirlərin görülməsini müzakirə edirlər. Belə ki, Çin avtomobillərinə Avropa ölkələri və digər dövlətlərdə yüksək vergilərin tətbiq olunması ilə bağlı danışıqlar aparılır".

Gülşən Şərif

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 07 Oktyabr 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see748

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see225

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see143

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see142

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see135

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see134

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see134

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see133

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see132

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri