Icma.az
close
up
RU
Qeyri neft sənayesi: atılan addımlar ölkə iqtisadiyyatının təməlidir

Qeyri neft sənayesi: atılan addımlar ölkə iqtisadiyyatının təməlidir

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan neft və qaz ehtiyatları ilə zəngin bir ölkə olaraq, uzun illərdir ki, neftdən asılı iqtisadiyyatın nümayəndəsi olub.

Neft sektoru ölkənin iqtisadiyyatında mühüm rol oynayır və dövlət büdcəsinin əsas gəlir mənbəyini təşkil edir. Bununla belə, neftin qiymətlərinin qlobal bazarlarda dalğalanması Azərbaycan iqtisadiyyatı üçün ciddi risklər yaradır və ölkənin iqtisadi sabitliyi ilə bağlı bəzi sualları ortaya çıxarır. Ölkəmizdə son illərdə bu asılılığı azaltmaq və iqtisadiyyatını diversifikasiya etmək üçün bir sıra tədbirlər görməkdədir. Bu məqsədlə qeyri-neft sektorunun inkişafına diqqət ayrılır, xüsusilə kənd təsərrüfatı, sənaye, informasiya texnologiyaları, turizm və digər sahələrə investisiyalar yönəldilir.

Sual yaranır: Neftdən asılılıq Azərbaycan iqtisadiyyatına hansı riskləri gətirir? Bu risklərlə mübarizə məqsədilə hansı tədbirləri görmək lazımdır? 

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən iqtisadçı-eskpert Murad Bayramlının sözlərinə görə, neftin dünya bazarındakı qiymətinin dəyişməsi Azərbaycan iqtisadiyyatını birbaşa təsir edir: 

"Neft qiymətləri artdıqda ölkə daha çox gəlir əldə etsə də, qiymətlər aşağı düşdükdə dövlətin büdcəsi və iqtisadi sabitliyi təhdid altına girir. Bu, iqtisadiyyatın qeyri-sabit olmasına səbəb olur. Buna görə də, neft sektoru ilə yanaşı, qeyri-neft sektorlarına investisiyaların artırılması lazımdır. Kənd təsərrüfatı, sənaye, turizm və informasiya texnologiyaları kimi sahələrə yönəldilən strategiyalar iqtisadiyyatın daha geniş sahələrə yayılmasını təmin edir. Ölkəmizdə bununla bağlı ciddi addımlar atılır. Azərbaycanın qeyri-neft sektorunda atdığı addımlar ölkənin iqtisadiyyatının diversifikasiyasına və uzunmüddətli dayanıqlığının təmin olunmasına yönəlmiş əsas strategiyalarını təşkil edir. Neftdən asılılığın azaldılması və qeyri-neft sektorunun inkişafı üçün müxtəlif sahələrdə bir sıra tədbirlər görülmüşdür. Bu sahələrə kənd təsərrüfatı, sənaye, turizm, informasiya texnologiyaları və maliyyə sektoru daxildir".

Murad Bayramlı: Azərbaycan gələcəkdə daha balanslı və şaxələndirilmiş iqtisadiyyat quracaq

Onun sözlərinə görə, Azərbaycan hökuməti kənd təsərrüfatı və sənayenin ölkə iqtisadiyyatında vacib rolunu qəbul edərək bu sahədə islahatları və investisiyaları artırmağa çalışır. Kənd təsərrüfatının modernləşdirilməsi, məhsuldarlığın artırılması və ixrac imkanlarının genişləndirilməsi məqsədilə bir sıra proqramlar həyata keçirilir: 

"Kənd təsərrüfatı məhsullarının istehsalının artırılması məqsədilə aqroparkların yaradılması təşviq edilir. Bu, həm daxili bazarın tələblərini ödəməyə, həm də xarici bazarlara ixracatın artırılmasına xidmət edir. Suvarma sistemlərinin təkmilləşdirilməsiüçün  kənd təsərrüfatında müasir texnologiyaların tətbiqi və məhsuldarlığın artırılması üçün yeni avadanlıqlar və texnologiyalara sərmayələr qoyulub. Həmçinin, sənaye istehsalını artırmaq, rəqabət qabiliyyətini yüksəltmək və ixrac bazarlarında daha güclü mövqe əldə etmək məqsədilə sənaye parkları və xüsusi iqtisadi zonalar yaradılıb. Azərbaycanda sənaye parklarının və xüsusi iqtisadi zonaların yaradılması, kiçik və orta sahibkarlığın dəstəklənməsi və istehsal sahələrinin inkişafı üçün imkanlar yaradılır. Bu zonalarda yeni müəssisələrin açılması və investisiyaların cəlb edilməsi təşviq olunur. Ölkəmizin sənaye sektorunda, xüsusilə mühəndislik və yüksək texnologiyaların tətbiq olunduğu sahələrə investisiyalar artırılıb. Bu sahələrdə texnoloji yeniliklərin tətbiqi və keyfiyyətli məhsulların istehsalı nəzərdə tutulur".

Azərbaycanın turizm sektorunun ölkənin qeyri-neft iqtisadiyyatının inkişafında mühüm rol oynadığın vurğulayan iqtisadçı-ekspert Azərbaycanın zəngin tarixi, mədəniyyəti, təbii gözəllikləri və strateji mövqeyinin onu turizm sahəsində potensialı yüksək bir ölkəyə çevirdiyini diqqətə çatdırıb:

"Hökumət turizmin inkişafını təşviq etmək üçün bir sıra strateji addımlar atır. Bu addımlar nəticəsində Azərbaycan regionda turizm üçün cəlbedici bir məkana çevrilir. Azərbaycanın müxtəlif bölgələrində təbii sərvətlər, dağlar, çaylar və göllər yerləşir. Bu bölgələr, həm ekoturizm, həm də dağ turizmi üçün idealdır. Məsələn, Quba, Qəbələ, Şəki, Lənkəran və Daşkəsən kimi bölgələr çoxsaylı təbii zənginliklərə malikdir. Həmçinin ölkəmiz zəngin mədəniyyətə sahibdir. Mədəni tədbirlər, festivallar və ənənəvi sənət nümunələri turistləri cəlb edən vacib məqamlardır. Xüsusilə, muğam, xalçaçılıq, musiqi və rəqs kimi ənənələr ölkənin turizm sənayesində əhəmiyyətli yer tutur".

Həmsöhbətimiz vurğulayıb ki, Azərbaycanın maliyyə sektoru qeyri-neft sektorunun inkişafında və ümumilikdə iqtisadiyyatın şaxələndirilməsində mühüm rol oynayır: 

"Maliyyə sektorunun genişləndirilməsi ölkənin iqtisadi müstəqilliyini artırmaq, investisiyaların cəlb edilməsini təmin etmək, qeyri-neft sektoru ilə əlaqələrin inkişafını gücləndirmək və iqtisadiyyatda dayanıqlılığı təmin etmək məqsədini daşıyır. Azərbaycan hökuməti maliyyə sektorunun inkişafına yönəlmiş bir çox islahatlar həyata keçirir və bu sahəni daha güclü, rəqabət qabiliyyətli etməyi hədəfləyir. Lakin maliyyə sektorunun genişlənməsi xüsusilə yeni maliyyə alətlərinin tətbiqi ilə əlaqədar risklər yarada bilər. Maliyyə bazarlarının şəffaf olmaması, qeyri-şəffaf əməliyyatlar və təhriflər bu riskləri artırır. O cümlədən, elektron bankçılıq və rəqəmsal ödəniş sistemlərinin inkişafı, kiberhücumlardan qorunma və məlumat təhlükəsizliyi məsələlərini daha aktual edir. Azərbaycanın maliyyə sektoru beynəlxalq bazarlara inteqrasiya olunmağa davam etsə də, bəzi tənzimləmə və hüquqi məsələlər hələ də problem yaratmağa davam edə bilər".

Nəticə olaraq mütəxəssis deyib ki, Azərbaycanın neftdən asılı iqtisadiyyatını diversifikasiya etmək və qeyri-neft sektorunun inkişafını təmin etmək üçün atdığı addımlar mühüm əhəmiyyət kəsb edir:

"Kənd təsərrüfatı, sənaye, turizm və maliyyə sektoru kimi sahələrə yönəldilən investisiyalar iqtisadiyyatın daha davamlı və dayanıqlı olmasına kömək edir. Lakin bu sahələrdə qarşıya çıxan risklər və çətinliklərin aradan qaldırılması, eyni zamanda yeni maliyyə alətlərinin tətbiqi və rəqəmsal transformasiyanın gücləndirilməsi, Azərbaycanın gələcəkdə daha balanslı və şaxələndirilmiş iqtisadiyyat qurma məqsədinə çatmasına dəstək olacaq".

Əli Hüseynov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:165
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 16 Yanvar 2025 17:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see255

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see203

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see187

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see181

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see179

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see174

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see168

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see166

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see158

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see155

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see154

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see152

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see147

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see147

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see147

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see146

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see144

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri