Aİ Rusiyadan idxal etdiyi qaz üçün ötən illə müqayisədə bir milyard avro daha çox pul ödəyib
Icma.az bildirir, Apa.az portalına istinadən.
2025-ci ilin yanvar-iyun aylarında Avropa İttifaqı (Aİ) Rusiyadan 4,48 milyard avro dəyərində sıxılmış təbii qaz idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən bir milyard avro çoxdur.
APA xəbər verir ki, bu barədə məlumatı "The Brussel Times" nəşri "Eurostat" məlumatlarına istinadla yayıb.
Qeyd olunur ki, ümumilikdə Aİ 2025-ci ilin ilk yarısında təxminən 27 milyard avro dəyərində sıxılmış qaz idxal edib. Bu məbləğin yarısından bir qədər çoxunu avropalılar ABŞ-a ödəyib – ABŞ bloku sıxılmış "mavi yanacağla" təmin edən ən iri təchizatçı olaraq qalır. 2024-cü ildə Avropa İttifaqı sıxılmış qazın 45%-ni ABŞ-dan idxal etmişdi.
Nəşr xatırladır ki, Avropa Komissiyası 2027-ci ilin sonuna qədər Rusiyadan qaz idxalına qadağa qoymağı planlaşdırır. Aİ-yə üzv dövlətlər Rusiya qazı, nüvə enerjisi və neftinin idxalının mərhələli şəkildə dayandırılmasını əhatə edən detallı planlar hazırlamalıdırlar.


