Aİ Rusiyanın “kölgə tanker donanmasını” ələ keçirməyə hazırlaşır
Operativ MM portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Baltik dənizinə çıxışı olan Aİ ölkələri Rusiyanın “kölgə donanması”na daxil olduğu iddia edilən gəmilərin kütləvi saxlanmasına imkan verəcək hüquqi tədbirlər hazırlayır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər veri ki, bununla bağlı xarici KİV məlumat yayıb.
Bildirilib ki, yeni qanunvericilik gəminin ətraf mühitə vurduğu zərərə görə və dənizin altındakı kabellərə və dənizdəki digər kritik infrastruktura zərər verdiyinə görə həbs edilməsinə icazə verəcək.
Tankerlərin saxlanılması üçün əsas səbəb piratçılığa qarşı mübarizə olacaq.
Bir sıra Aİ ölkələri, xüsusilə Litva və Estoniya da etibarlı dəniz sığortaçılarının siyahısını yaratmağı planlaşdırır. Əgər gəmi bu siyahıya daxil olmayan şirkət tərəfindən sığortalanıbsa, o, saxlanılacaq.
Litvanın müdafiə naziri Dovile Şakaliene bildirib ki, gəmilərin saxlanması əsaslı addım olacaq: "Sanksiyaya məruz qalan gəmilər dənizlərdə dinc və maneəsiz üzə bilməməlidir".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 10 Fevral 2025 14:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















