Aİ Rusiyaya qarşı fərdi sanksiyaların müddətini uzadıb
Icma.az, Moderator.az saytına istinadən bildirir.
Avropa İttifaqı (Aİ) Şurası Rusiyanın xaricdə sabitliyi pozan fəaliyyətlərinə görə məsuliyyət daşıyan şəxslərə qarşı fərdi sanksiyaların qüvvədə olma müddətini bir il - 2027-ci il oktyabrın 9-dək uzatmaq qərarına gəlib.
Moderator.az xəbər verir ki, bu barədə "İnterfaks" Aİ Şurasının kommunikesinə istinadən məlumat yayıb.
"Hazırda Rusiyanın sabitliyi pozan fəaliyyəti ilə əlaqədar məhdudlaşdırıcı tədbirlər 80 fiziki və 20 hüquqi şəxsə şamil edilir. Sanksiya siyahısına daxil edilmiş şəxslərə münasibətdə aktivlərin dondurulması tədbiri tətbiq olunur. Aİ vətəndaşlarına və şirkətlərinə onlara pul vəsaitləri, maliyyə aktivləri və ya iqtisadi resurslar təqdim etmək qadağandır. Fiziki şəxslərə həmçinin Aİ ərazisinə giriş və oradan tranzitlə keçid qadağası şamil edilir", - sənəddə qeyd edilib.
Aİ-nin Rusiyaya qarşı bu sanksiya rejimi üzrə məhdudlaşdırıcı tədbirlər mexanizmi 2024-cü il oktyabrın 8-də təsdiq edilib. Söhbət Avropa İttifaqına, onun üzv ölkələrinə və tərəfdaşlarına qarşı artan hibrid fəaliyyətdən, o cümlədən informasiya manipulyasiyasından və kənar müdaxilədən gedir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 08 Oktyabr 2026 16:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















