Aİ Rusiyaya qarşı növbəti sanksiyalar paketini hazırlayır
Cebheinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı 16-cı sanksiyalar paketi çərçivəsində qara siyahıya 35 fiziki şəxsi və 19 şirkəti daxil edəcək.
TASS xəbər verir ki, bu barədə “Polskie Radio” məlumat yayıb.
Məlumata görə, sanksiya siyahısına Rusiya, Şimali Koreya və Çin vətəndaşları - müdafiə sənayesi kompleksinin əməkdaşları, enerji sahəsində sahibkarlar və Rusiya regionlarının hakimiyyət nümayəndələri, həmçinin Aİ tərəfindən "təbliğat və dezinformasiyada" ittiham olunan şəxslər daxil ediləcək.
Şirkətlərin siyahısına əsasən müdafiə sənaye kompleksi müəssisələri, həmçinin "Rusiyanın Ukraynada təcavüzünü dəstəkləyən strukturlar" əlavə ediləcək.
Eyni zamanda, 16-cı sanksiyalar paketinin layihəsində Rusiyadan mayeləşdirilmiş təbii qazın idxalına qadağa yer almayıb.
Bundan əvvəl Aİ-nin Rusiyadan alüminium idxalına mərhələli qadağa tətbiq edə biləcəyi barədə məlumat verilmişdi. Həmçinin 15-ə yaxın bankın SWIFT-dən ayrılması müzakirə olunur.
"Cebheinfo.az"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 29 Yanvar 2025 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















