Aİ Rusiyaya qarşı sanksiyaları uzatdı, yalnız bir nəfər istisna edildi
GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.
Avropa İttifaqı Rusiyaya qarşı bütün sanksiyalar paketinin müddətini daha altı ay uzadıb.
Globalinfo.az xəbər verir ki, bu barədə Aİ Şurası məlumat yayıb.
Məlumata görə, məhdudiyyətlər 2026-cı il martın 15-dək qüvvədə qalacaq.
“Bu gün Şura qərara aldı ki, məhdudlaşdırıcı tədbirlər daha 6 ay, yəni 2026-cı il martın 15-dək uzadılsın”, – açıqlamada deyilir.
Qeyd olunur ki, sanksiyalar əvvəlki kimi 2 500-dən çox fiziki və hüquqi şəxsə şamil olunacaq. Yalnız bir fiziki şəxsin sanksiyalardan azad edildiyi qeyd olunur, həmin şəxsin kimliyi açıqlanmır.
“Sanksiyaların gözdən keçirilməsi kontekstində şura məhdudiyyətlərin bir fiziki şəxsə qarşı uzadılmaması barədə qərar qəbul edib və bir nəfər vəfat etmiş şəxs də siyahıdan çıxarılıb”, – sənəddə deyilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 12 Sentyabr 2025 22:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















