Aİ sanksiyaları ləğv etmək üçün Suriyadan Rusiya bazalarının ləğvini istəyib
Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.
“Report” xəbər verir ki, bu barədə Aİ-nin yüksək vəzifəli nümayəndəsi Brüsseldə yanvarın 27-də birlik ölkələrinin XİN rəhbərlərinin görüşündən əvvəl jurnalistlərə açıqlamasında bildirib.
“Bəli, əlbəttə ki, bu, izlədiyimiz məsələdir. Artıq Suriyanın yeni hökumətinə çatdırmışıq ki, Suriyada normallaşmanın bir hissəsi hər hansı xarici mövcudluqdan - hərbi iştirakdan və ya müdaxilədən xilas olmaqdan ibarətdir. Orada üç ölkə var, onlardan biri də Rusiyadır. İstəyimizə cavab olaraq onlar bu məsələyə gələcəkdə baxacaqlarını söylədilər”, - Aİ nümayəndəsi jurnalistlərin birliyin Suriyaya qarşı sanksiyaların ləğvi üçün Rusiya hərbi bazalarının ləğvinin şərt kimi irəli sürülüb-sürülməməsi ilə bağlı sualını cavablandırarkən deyib.
Qeyd edək ki, Rusiya Suriyada iki hərbi obyektə - Tartus liman şəhərindəki Rusiya Hərbi Dəniz Qüvvələrinin maddi-texniki təchizat mərkəzinə və Xmeymim aviabazasına malikdir. Tartusdakı baza ikitərəfli razılaşmaya əsasən 1971-ci ildə yaradılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:94
Bu xəbər 24 Yanvar 2025 20:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















