Icma.az
close
up
RU
AI tibbdə hər 10 haldan 8 də səhv istiqamət verə bilər ARAŞDIRMA

AI tibbdə hər 10 haldan 8 də səhv istiqamət verə bilər ARAŞDIRMA

Olke.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

İnternetdə simptom axtarma vərdişi süni intellekt texnologiyalarının inkişafı ilə yeni mərhələyə keçib. Artıq bir çox insan keçməyən ağrılar və ya dəridəki dəyişikliklər barədə həkim əvəzinə süni intellekt söhbət botlarına müraciət edir.

Lakin Harvard Tibb Fakültəsi tərəfindən aparılan genişmiqyaslı araşdırma bu yanaşmanın ciddi risklər daşıdığını göstərib. Müasir süni intellekt sistemləri xəstəliklərin ilkin diaqnostika mərhələsində hər 10 haldan 8-də yanlış istiqamət verir.

Ölkə.az Valyuta.az-a istinadən xəbər verir ki, “JAMA Network Open” jurnalında dərc olunan araşdırmada 21 müxtəlif süni intellekt modeli 29 klinik ssenari üzərində sınaqdan keçirilib. Maraqlı nəticə ondan ibarətdir ki, bütün tibbi məlumatlar əvvəlcədən tam şəkildə daxil edildikdə və yalnız son diaqnoz soruşulduqda modellər 91 faiz dəqiqlik nümayiş etdirib. Lakin həkimlərin ehtimalları daraltdığı və qeyri-müəyyənlikləri idarə etdiyi “erkən diferensial diaqnoz” mərhələsində nəticələr kəskin şəkildə pisləşib və səhv payı 80 faizi keçib. Tədqiqatı aparan Arya Rao bildirib ki, sistemlərin ən zəif nöqtəsi məhz bu qeyri-müəyyən mərhələdir.

Süni intellektin səhvlərdə belə qətiyyətli üslubu təhlükə yaradır

Mütəxəssislər bildirirlər ki, süni intellektin ən riskli tərəflərindən biri yanlış məlumat verərkən belə inamlı və qəti danışmasıdır. Massachusetts General Hospitaldan radioloq Dr. Mark Sussi qeyd edib ki, bu sistemlər kifayət qədər klinik məntiq süzgəcindən keçmədən çox qəti nəticələr təqdim edir və bu da xəstələrin narahatlığını artıra bilər.

Mütəxəssislərin fikrincə, tibb kimi səhv imkanının çox aşağı olduğu sahədə “qismən doğru” cavab belə tam uğursuzluq hesab olunur. Süni intellektin inamlı tonuna güvənən istifadəçilər isə peşəkar həkimə müraciəti gecikdirə və yanlış müalicə yollarına yönələ bilər.

Sağlamlıq sahəsində süni intellektin “xilaskar” kimi təqdim olunması ekspertlər arasında narahatlıq yaradır. Xəstəliyin ilkin mərhələsində səhv ehtimallara fokuslanmaq həm vaxt itkisinə, həm də lazımsız tibbi prosedurlara və əlavə xərclərə səbəb ola bilər.

Mütəxəssislər vurğulayırlar ki, hələlik heç bir rəqəmsal model həkimlərin illərlə formalaşmış klinik təcrübəsini və qərarvermə bacarığını əvəz edə bilmir. Buna görə də sağlamlıqla bağlı hər hansı şübhəli vəziyyətdə süni intellektə deyil, birbaşa ixtisaslı həkimə müraciət etmək daha təhlükəsiz hesab olunur.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:180
embedMənbə:https://olke.az
archiveBu xəbər 18 Aprel 2026 07:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see395

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see271

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see267

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see262

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see262

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see258

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see256

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see255

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see253

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see252

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see240

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see234

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see232

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see231

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see230

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see230

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see229

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see229

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see228

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see228
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri