Aİ Ukraynaya 130 milyard avro ayıracaq Rusiya aktivləri hesabına
Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Avropa İttifaqı Ukraynaya 130 milyard avro həcmində maliyyə vəsaiti ayırmağa hazırlaşır.
“AzPolitika” xəbər verir ki, “Reuters” agentliyinin məlumatına görə, bu məbləğ Rusiyanın Qərbdə dondurulmuş aktivlərindən əldə ediləcək gəlirlər hesabına formalaşdırılacaq.
Mənbələrin bildirdiyinə görə, Brüssel ilk növbədə 2024-cü ildə “Böyük yeddilik” (G7) tərəfindən Kiyevə verilmiş 45 milyard avroluq kreditin ödənilməsini planlaşdırır. Sonrakı mərhələdə kreditin yekun həcmi Beynəlxalq Valyuta Fondu ilə Ukraynanın 2026–2027-ci illərdəki ehtiyaclarının qiymətləndirilməsindən sonra müəyyən ediləcək.
Məsələnin təşəbbüskarı Avropa Komissiyasının sədri Ursula fon der Leyendir. O, daha əvvəl bildirmişdi ki, bu kredit Kiyevin müdafiə xərclərini maliyyələşdirmək üçün nəzərdə tutulub və yalnız Rusiya təzminat ödədikdən sonra Ukrayna tərəfindən geri qaytarılmalıdır.
“AzPolitika.info”
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:52
Bu xəbər 25 Sentyabr 2025 10:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















