Aİ uşaqların sosial şəbəkələrə giriş qadağasını yumşaldır
Modern.az saytına istinadən Icma.az xəbər verir.
Avropa Komissiyası uşaqların sosial şəbəkələrdən istifadəsinə sərt qadağa qoyulması ideyasından geri çəkilib.
Modern.az xəbər verir ki, bu barədə “Politico” təklif üzərində çalışan iki avropalı rəsmiyə istinadən məlumat yayıb.
Məlumata görə, yeni yanaşmada 13 yaşdan kiçik uşaqların sosial şəbəkələrə valideynlərinin icazəsi ilə daxil olmasına imkan verilməsi nəzərdə tutulur.
“Yetkinlik yaşına çatmayanların sosial şəbəkələrə giriş yaşının təxirə salınması və qərarın valideynlərə həvalə edilməsində çevikliyin təmin olunması həm faydalı, həm də əsas hüquqlara uyğun olacaq”, - deyə rəsmilərdən biri bildirib.
“Politico”nun məlumatına görə, Avropa Komissiyasının sədri Ursula fon der Layen təşəbbüsün yumşaldılmış variantını sentyabrın 16-da Avropa İttifaqının vəziyyəti ilə bağlı illik çıxışı zamanı təqdim etməyi planlaşdırır.
Təklif 13 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinə məhdudiyyətlər qoyulmasını nəzərdə tutur. Bununla belə, valideynlər öz övladlarına sosial şəbəkələrə giriş icazəsi verə biləcəklər.
Yanaşmanın dəyişdirilməsinin əsas səbəblərindən biri mütləq yaş həddinin Aİ vətəndaşlarının əsas hüquqlarını qoruyan qanunvericiliklə ziddiyyət təşkil edə biləcəyi ilə bağlı narahatlıqlardır.
Brüsselin narahatlığını artıran digər məqam isə Fransada məhkəmənin qərarı olub. Məhkəmə avqust ayında Fransa Prezidenti Emmanuel Makronun 15 yaşdan kiçik uşaqlar üçün sosial şəbəkələrə qadağa tətbiq edilməsi təklifinin Avropa İttifaqının qanunvericiliyinə zidd olduğuna qərar verib.
Buna baxmayaraq, Makron müvafiq qanunun 2027-ci ilin yazına qədər qəbul edilməsinə nail olmaq niyyətindədir.
Aİ ölkələri arasında sosial şəbəkələrdən istifadə üçün yaş həddi ilə bağlı vahid mövqe də yoxdur.
Fransa 15 yaş, Almaniya 13 yaş, Avstriya 14 yaş, İspaniya isə 16 yaş həddinin tətbiqini dəstəkləyir.
Estoniya isə ümumi qadağanın tətbiqi əvəzinə sosial şəbəkələrin uşaqlar üçün yaratdığı zərərin məhdudlaşdırılmasına diqqət yetirməyi təklif edir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:138
Bu xəbər 28 Avqust 2026 11:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















