Aİ və İsrail humanitar yüklərin Qəzzaya daxil olmasının genişləndirilməsi barədə razılığa gəlib
Icma.az, Bakivaxti portalına istinadən məlumatı açıqlayır.
İsrail Avropa İttifaqı (Aİ) ilə konstruktiv dialoq nəticəsində Qəzza zolağında humanitar vəziyyətin yaxşılaşdırılması üçün mühüm qərarlar qəbul edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Aİ diplomatiyasının rəhbəri Kaya Kallas “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Bu gün biz İsraillə Qəzzaya humanitar girişin genişləndirilməsi barədə razılığa gəldik. Bu razılaşma daha çox nəzarət-keçid məntəqələrinin açılması, Qəzzaya humanitar yardım və ərzaq daşıyan yük maşınlarının girişi, bir sıra infrastrukturun təmirini və s. nəzərdə tutur. Biz İsrailin razılaşdırılmış bütün tədbirləri həyata keçirəcəyinə ümid edirik", - K.Kallas deyib.
Təşkilatın bəyanatına görə, Aİ və İsrail genişmiqyaslı humanitar yardımın birbaşa Qəzza əhalisinə çatdırılması və bir sıra digər məsələlər barədə razılığa gəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 10 İyul 2025 15:52 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















