Icma.az
close
up
RU
AİB: Bu il Qafqaz və Mərkəzi Asiya üzrə iqtisadi artım 5,5 faiz təşkil edir PROQNOZ

AİB: Bu il Qafqaz və Mərkəzi Asiya üzrə iqtisadi artım 5,5 faiz təşkil edir PROQNOZ

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 30 sentyabr, AZƏRTAC

Asiya İnkişaf Bankı (AİB) Asiya və Sakit Okeanın regionunun inkişaf etməkdə olan ölkələri üçün iqtisadi artım proqnozunu bu il və gələn il üçün müvafiq olaraq 0,1 və 0,2 faiz bəndi azaldır. Buna səbəb tariflər və yenilənmiş ticarət sazişləri əsasında formalaşan yeni qlobal ticarət mühitinin yaranmasıdır.

AZƏRTAC xəbər verir ki, bu barədə Asiya İnkişaf Bankının (AİB) yeni hesabatında bildirilir.

Hesabata əsasən, region ölkələrinin iqtisadiyyatı bu il 4,8 faiz, gələn il isə 4,5 faiz artacaq. Bu rəqəmlər müvafiq olaraq aprel ayında verilmiş 4,9 faiz və 4,7 faiz proqnozları ilə müqayisədə fərqlənir. ABŞ-ın tətbiq etdiyi yüksək tariflərin və ticarətlə bağlı artan qeyri-müəyyənliyin regionun iqtisadi artımına təsir göstərəcəyi ehtimal olunur. Ərzaq və enerji qiymətlərinin aşağı olmasına görə inflyasiya bu il 1,7 faizədək azalacaq. Gələn il isə ərzaq qiymətlərinin normal səviyyəyə çatması ilə inflyasiya nisbətən artaraq 2,1 faiz olacaq.

“ABŞ-ın tətbiq etdiyi tariflər tarixi yüksək səviyyədə müəyyən olunub və qlobal ticarətlə bağlı qeyri-müəyyənlik yüksək həddə qalmaqdadır. Asiya və Sakit Okean regionunun inkişaf etməkdə olan ölkələrində güclü ixrac və daxili tələb sayəsində iqtisadi artım bu il dayanıqlı qalıb. Lakin xarici mühitin pisləşməsi iqtisadi perspektivə təsir edir. Yeni qlobal ticarət mühitini nəzərə alaraq güclü makroiqtisadi idarəetməni, iqtisadiyyatın açıqlığını və regional inteqrasiyanın dərinləşdirilməsini təşviq etmək hökumətlər üçün olduqca vacibdir”, - deyə AİB-in baş iqtisadçısı Albert Park bildirib.

Çin Xalq Respublikasının (ÇXR) iqtisadi artımına dair proqnozlar dəyişməz qalır, çünki hökumətin göstərdiyi dəstəyin artan tariflər və daşınmaz əmlak bazarında davam edən zəifliyin səbəb olduğu təsirləri yumşaltması gözlənilir. ÇXR iqtisadiyyatının bu il 4,7 faiz, gələn il isə 4,3 faiz böyüyəcəyi proqnozlaşdırılır.

Avqust ayından etibarən ABŞ-ın Hindistanın ixracına tətbiq etdiyi kəskin tariflər bu ölkənin iqtisadi artımına təsir etməsi gözlənilir. AİB artıq Hindistan iqtisadiyyatının həm 2025, həm də 2026-cı illərdə 6,5 faiz artacağını proqnozlaşdırır. Bu göstəricilər, aprel ayındakı proqnozlara əsasən bu il üçün 6,7 faiz və gələn il üçün 6,8 faiz idi.

Qlobal tələbatın zəifləməsi və ticarətə dair artan qeyri-müəyyənlik fonunda iqtisadi artıma dair proqnozların ən çox aşağı salındığı ölkələr Cənub-Şərqi Asiya regionundadır. İndi bu subregionda artımın 2025 və 2026-cı illər üçün 4,3 faiz olacağı proqnozlaşdırılır. Bu göstəricilər aprel ayındakı proqnozlarla müqayisədə hər iki il üzrə 0,4 faiz bəndi azalma deməkdir.

Qafqaz və Mərkəzi Asiya üzrə bu il üçün iqtisadi artım proqnozu cüzi şəkildə artırılaraq 5,5 faiz təşkil edir. Lakin gələn il üçün proqnoz əsasən bu subregiondakı bəzi ölkələrdə neft və qaz hasilatının azalmasına görə 0,1 faiz bəndi azaldılaraq 4,9 faiz təşkil edir. Sakit Okean regionu üzrə bu il üçün artım proqnozu güclü mədən hasilatı fonunda 0,2 faiz bəndi artırılaraq 4,1 faiz təşkil edir. Lakin gələn il üçün artım proqnozu resurs hasilatının zəifləyəcəyinə və əmtəə ixracının azalacağına dair gözləntilər səbəbindən 3,6 faizdən 3,4 faizə endirilib.

Asiya və Sakit Okean regionunun inkişaf etməkdə olan ölkələri üçün iqtisadi perspektivə əsas risklər arasında ABŞ-ın ticarət siyasəti ilə bağlı davam edən qeyri-müəyyənliklər yer alır ki, bura xüsusilə yarımkeçiricilərə və dərman preparatlarına tətbiq olunan sektorlar üzrə mümkün tariflər daxildir. Qeyri-müəyyənliklər sırasına, həmçinin ABŞ ilə ÇXR arasında hələ də həll edilməmiş ticarət danışıqları da daxildir. Davam edən geosiyasi gərginliklər, ÇXR-in daşınmaz əmlak bazarında mümkün əlavə pisləşmə və maliyyə bazarlarında potensial volatillik də regionun iqtisadi perspektivinə təsir göstərə bilər.

AİB Asiya və Sakit Okean regionunda dayanıqlı, inklüziv və davamlı inkişafı dəstəkləyən aparıcı çoxtərəfli inkişaf bankıdır. AİB üzv ölkələr və tərəfdaşları ilə birlikdə mürəkkəb çağırışları həll edərkən, insanların həyatlarını yaxşılaşdırmaq, keyfiyyətli infrastruktur qurmaq və planetimizi qorumaq üçün innovativ maliyyə alətlərindən istifadə edir və strateji əməkdaşlıqlardan yararlanır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://azertag.az
archiveBu xəbər 30 Sentyabr 2025 13:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya, vəziyyətin kritik həddə çatmasına imkan verməməli idi

29 Dekabr 2025 16:02see360

Azərpoçt sakinləri məktub dalıyca haraya göndərir? “Yaşadığım yerdən neçə kilometr kənara məktub və bağlama üçün gedirəm”

29 Dekabr 2025 09:04see241

Neft qiymətləri yüksəlir: Geosiyasi risklər bazara təsir göstərir

29 Dekabr 2025 09:52see236

Qızılın bu günə olan qiyməti açıqlandı

29 Dekabr 2025 11:26see194

Siyasi qorxunun məhsulu

30 Dekabr 2025 09:45see182

PREZİDENT İCRA BAŞÇISINI İŞDƏN ÇIXARDI Ötən ay təyin edilmişdi + DOSYE

29 Dekabr 2025 18:01see178

Türkiyədə tanınmış reper həbs edildi

30 Dekabr 2025 03:04see167

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see167

MHP lideri: Millətimiz əmin olsun ki, terror bəlasının kökləri slinəcək

29 Dekabr 2025 18:05see165

Stomatoloq ən təhlükəli bayram içkisinin adını çəkib...

29 Dekabr 2025 22:18see158

Ekspert xəbərdarlıq etdi: 2026 da iqtisadi çətinlik...

30 Dekabr 2025 08:15see154

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see150

Yamal 20+20 qolla yüksək liqa oyunçularının elit siyahısına qoşulub

30 Dekabr 2025 03:09see145

AİJA qalibləri açıqladı: Qaynarinfo İlin saytı seçildi

29 Dekabr 2025 18:25see143

2026 cı ildə Bakıda hansı infrastruktur layihələri REALLAŞDIRILACAQ?

30 Dekabr 2025 14:16see142

ABŞ ın Mərkəzi Kəşfiyyat İdarəsi Venesuela limanına zərbə endirib

30 Dekabr 2025 09:43see141

Yeni ilin məşhur salatı ilə bağlı dietoloqdan xəbərdarlıq

29 Dekabr 2025 11:41see140

Ötən həftə 175 yanğın olub, 7 nəfərin meyiti tapılıb

29 Dekabr 2025 10:05see139

Tramp: “F 35”lərin Türkiyəyə satışı ilə bağlı ciddi müzakirələr aparılır

30 Dekabr 2025 05:45see136

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri