“AİD Group”dakı fırıldaqda adı hallanan şəxs: Samir Yəhyazadə kimdir?
Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Aparıcı Nigar Fərhadın əri Samir Yəhyazadə həbs edilməsi xəbərindən sonraonun şəxsiyyətinə maraq yaranıb.
Adı “AİD Group”la əlaqələndirilən S.Yəhyazadə barədə bilgilər əslində, çox məhduddur.
O, ali təhsili olmadığı halda proqramlaşdırma üzrə AyTİ (IT) mütəxəssisidir. Bunu 10 il ərzində öz üzərində çalışaraq öyrəndiyini bildirib. Sezar pizza
S.Yəhyazadə 2008-ci ildən ABŞ-də yaşayır. “Azeroo” şirkətinin rəhbəri olub.
Samir Yəhyazadə xaricdə təhsil sahəsində fəaliyyət göstərən “AİD Group” şirkətinin rəhbəri və tanınmış aparıcı Nigar Fərhadın əri daha çox ABŞ-nin Nyu-York şəhərində yaşayan peşəkar IT mütəxəssisi və proqramçı kimi tanınır. Lakin Azərbaycandakı “AİD Group” xaricdə təhsil şirkətinin rəhbərliyində təmsil olunub.
Şirkətin fəaliyyəti ilə bağlı vətəndaşlardan gələn çoxsaylı şikayətlər və dələduzluq iddialarından sonra hüquq-mühafizə orqanlarında araşdırma aparılır. Samir Yəhyazadə Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda dələduzluq) və 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə təqsirli bilinərək barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
“AİD Group”un təsisçisi Nigar Fərhad və anası Arzu Əliyeva da dindirilib, onlarla bağlı araşdırma davam edir. Aparıcının ölkədən getməsi ilə əlaqədar sosial şəbəkələrdə yayılan iddiaların isə həqiqəti əks etdirmir.
Şirkətin təsisçisi Nigar Fərhad Harvard Universitetində təhsil aldığını bildirir. O, müxtəlif televiziya kanallarında aparıcı kimi çalışıb və verilişlərində səsləndirdiyi bəzi fikirlərlə zaman-zaman ictimai müzakirələrin mərkəzində yer alıb./yenisabah/
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:75
Bu xəbər 21 Avqust 2026 04:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















