Aida Qafarova: İl ərzində görkəmli teatr xadimlərinin yubileyləri qeyd olunacaq
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 28 yanvar, AZƏRTAC
Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə 2026-cı il ərzində müxtəlif tədbirlər keçiriləcək. Bunların arasında Səməd Vurğunun 120 illiyi, Abdulla Şaiqin 145 illiyi münasibətilə tədbirlər, həmçinin görkəmli teatr xadimlərinin yubileyləri, gənclərin yaradıcılıq işlərindən ibarət "Baxış-6" festivalı, tamaşaların premyeraları, bədii qiraət müsabiqələri və elmi-praktik konfranslar yer alacaq.
Bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Teatr Xadimləri İttifaqının məsul katibi Aida Qafarova deyib.
O bildirib ki, bu tədbirlər teatr sənətinin inkişafına, gənc istedadların üzə çıxmasına və teatr irsinin geniş ictimaiyyətə çatdırılmasına xidmət edəcək. Həmçinin Gənclər Günü, Milli və Beynəlxalq Teatr günləri kimi əlamətdar tarixlər də qeyd olunacaq.
Aida Qafarova əlavə edib ki, hər bir tədbir Azərbaycanın, onun mədəniyyətinin, teatrının zəngin tarixini və yaradıcılıq ənənələrini təbliğ etmək məqsədilə təşkil olunur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 28 Yanvar 2026 21:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















