AİHM əri ilə cinsi əlaqəyə girməkdən imtina edən qadının tərəfini tutdu Yeni Çağ Media
Icma.az, Yenicag saytına istinadən bildirir.
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) əri ilə cinsi əlaqədə olmaqdan imtina edən qadının boşanma halında məhkəmələr tərəfindən “günahkar” sayılmamalı olduğu qərarını verib.
Yenicag.az “Guardian”a istinadən xəbər verir ki, sözügedən qərar Fransa məhkəməsində aparılan boşanma prosesi ilə bağlı verilib.
Belə ki, 1984-cü ildə evlənən cütlüyün bu evlilikdən 4 övladı olub. 2002-ci ildən ərinin ona kobud rəftar etdiyini və şiddət göstərdiyini bildirən qadın 2004-cü ildən onunla cinsi əlaqəyə girməkdən imtina edib. 2012-ci ildə isə boşanmaq üçün məhkəməyə müraciət edən qadın şok qərarla üzləşib. Belə ki, franszı məhkəməsi qadını əri ilə cinsi əlaqəyə girmədiyi üçün “günahkar” elan edib.
69 yaşlı qadın isə qadın isə AİHM-ə müraciət edib. Cümə axşamı günü AİHM fransız məhkəməsinin qərarının yanlış olduğu ilə bağlı qərar çıxarıb. Qərarda Avropa İnsan Hüquqları Konvensiyasının bir hissəsi kimi qadının şəxsi və ailə həyatına hörmət hüququnun pozulduğu vurğulanıb.
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:82
Bu xəbər 23 Yanvar 2025 20:51 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















