AİİB Qrupunun İllik Toplantısına ev sahibliyi ilə bağlı müzakirə aparılıb FOTOLAR
Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-yə səfəri zamanı Beynəlxalq Valyuta Fondu və Dünya Bankı Qrupunun 2025-ci il üzrə İllik Toplantısı çərçivəsində İslam İnkişaf Bankına üzv ölkələr üzrə Müdirlərin görüşündə və onların şərəfinə təşkil olunan naharda iştirak edib. Nazirlikdən SİA-ya bildirilib ki, tədbir çərçivəsində İslam İnkişaf Bankı Qrupunun sədri Məhəmməd Süleyman Əl-Casir və üzv dövlətlərin təmsilçiləri ilə dayanıqlı və inklüziv inkişaf prioritetləri üzrə fikir mübadiləsi aparılıb. Müzakirələrdə Azərbaycanın 2026-cı ildə İslam İnkişaf Bankı Qrupunun İllik Toplantısına ev sahibliyi etməsi ilə bağlı hazırlıq işləri və ümumi inkişaf məqsədləri üçün islam maliyyə institutları ilə əməkdaşlığın gücləndirilməsi məsələləri diqqət mərkəzində olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:34
Bu xəbər 20 Oktyabr 2025 12:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















