Icma.az
close
up
RU
Azərbaycanlı deputat Qazaxıstanda Zirvə toplantısına qatıldı Fotolar

Azərbaycanlı deputat Qazaxıstanda Zirvə toplantısına qatıldı Fotolar

Qafqazinfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Deputat Pərvanə Vəliyeva 2-3 oktyabr tarixlərində Qazaxıstanın Almatı şəhərində keçirilən Şərqi Avropa və Mərkəzi Asiya Parlamentarilərinin səhiyyə üzrə Zirvə toplantısında iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, sammit Qazaxıstanın Səhiyyə Nazirliyi, Parlamenti və Parlamentarilərin Qlobal Vərəm Koalisiyası tərəfindən təşkil olunub.

Tədbirdə Parlamentarilərin “Vərəmlə bağlı qanunvericilik” adlı panel sessiyasında çıxış edən Pərvanə Vəliyeva ölkəmizin bu sahədə əldə etdiyi uğurlardan danışıb, səhiyyə qanunvericiliyinin “hamı üçün əlçatan səhiyyə” prinsiplərinə sadiqliyi və həssas qrupların səhiyyə hüququnun müdafiəsinə yönəldiyini bildirib.

O, qeyd edib ki, ölkəmizdə vərəm xidmətləri icbari tibbi sığorta sisteminin xidmətlər zərfinə daxildir, bu da keyfiyyətli, əlçatan, innovativ tibbi xidmətlərin təminatını mümkün edir.

Milli Məclisdə bu ilin payız sessiyası zamanı “Vərəmlə mübarizəyə dair” ictimai dinləmənin keçiriləcəyinə dair məlumat verən deputat, Azərbaycanın 2030-cu ilədək Ümumdünya Səhiyyə Təşkilatının “Vərəmə son qoymaq” hədəflərinə çatmaq üzrə öhdəliyinin qanunverici orqanın da gündəliyində olduğunu bildirib.

Vərəmlə mübarizədə qeyri-hökumət təşkilatlarının fəal roluna toxunan parlamentari, vətəndaş cəmiyyətinin və vərəmin təsirinə məruz qalmış pasiyentlərin təşkilatının hökumətlə uğurlu əməkdaşlığını vurğulayıb, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin bu sahədə layihələri dəstəklədiyini bildirib.

Tədbirdə QİÇS, Vərəm və Malyariya ilə mübarizə üzrə Qlobal Fond, Parlamentarilərin Qlobal Vərəm şəbəkəsi, Ümumdünya Səhiyyə Təşkilatının Avropa Regional Bürosunun, Stop Vərəm tərəfdaşlığının nümayəndələri, eləcə də Özbəkistan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Ukrayna, Belarus və Moldovadan deputatlar iştirak edib.








Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 05 Oktyabr 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see756

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see226

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see143

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see137

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see137

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see136

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see133

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see130

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri