Icma.az
close
up
RU
AİLƏ: səadətin ünvanı

AİLƏ: səadətin ünvanı

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Yeni qurulan ailə ilk bahara bənzəyir. Torpaq altından yavaş-yavaş pöhrə verən və gələcəyin barı-bərəkəti olacaq taxıl zəmilərinə, fidanları yenicə əkilən, lakin qarşıda dünyaya ətir saçacaq gül plantasiyalarına bənzəyir. Ailənin ilk baharında iki gənc ev qurmağa, qoca nənələrimiz demişkən, yurd-yuva sahibi olmağa can atır. Ata-analar gənc ailənin qayğıları ilə yaşayır, onların da ev-eşik sahibi olmaları üçün çalışırlar.

Bir azdan baharın ən gözəl çağı – min bir rəngli çiçəklərin təbiətə səpildiyi, hər yerə ətrini saçdığı dövrü başlayır ailənin. Dünyaya körpə gəlir. Dünənədək iki gəncin sevgisiylə dolan mənzilə yeni nəfəs qatılır. Ev-eşik, divarlar körpə qoxusu verir. Bu qoxu iki gənci valideyn edir, çiyinlərinə böyük bir məsuliyyət qoyur. Övladlarını alırlar qucaqlarına. Dünyanın ən gözəl sevgisi olan övlad sevgisi nə qucağa sığır, nə mənzillərin otaqlarına... Bu sevgi bir ovuc boyda olan, lakin nələr-nələr sığdıra bildiyimiz ürəyimizə sığır. Ata-ana olur insan. Elə bu zaman da ata-ana qədrini bilməyə başlayırıq. Yuxusuz gecələr, qayğılı gündüzlər anamızı andırır bizə. “Bir ailəm var, məsuliyyəti tam mənim üzərimdədir” hissi atamızı xatırladır bizə. Sanki baba-nənələrimizin “ata-ana olmayan bilməz valideyn qədrini” deyimini də məhz bu zaman dərk edirik...

Oğul, qız – fərqi yoxdur, doldurur evimizi sevinclə, xoşbəxtliklə... Qayğılı günlər başlayır ailədə. Nə qədər gözəl günlərdir bu qayğılı günlər. İnsanın həyatını maraqlı edən, ömrünü mənalandıran günlərdir övlad qayğısı çəkmək. Onun böyüməsini izləmək – balam bu gün bir addım atdı, bir kəlmə söz söylədi, bir şeir dedi, birinci sinfə getdi, əla qiymət aldı, idmanda uğur qazandı, olimpiada qalibi oldu, universitetə daxil oldu, əsgər getdi, ailə qurdu kimi sevinclərini yaşamaqla bərabər, xəstələnəndə qayğısını çəkmək, niyə yemədi, niyə yaxşı oxumadı, niyə yoldaşlarından geri qaldı, – deyə narahatlıq keçirmək də gözəldir. Axı bu, bir ailədə yaşananlardır. Yaxşılar da, yaxşı olmayanlar da bizimdir. Yaxşını lap yaxşı, yaxşı olmayanı yaxşı səviyyəsinə gətirməkdir valideynlik vəzifəsi, məsuliyyəti.

Ailəyə cəmiyyətin kiçik bir parçası deyirik. Bu kiçik qurumda özünü tapanlar cəmiyyətdə də özünü təsdiq edə bilir. Bu, ailə adlı ömrün yay fəslinə bənzəyir. Necə ki, yayın sonuna doğru təbiət bütün barını qoyur ortaya, ailənin də “yay mövsümündə” onun cəmiyyət üçün verdiklərinin “keyfiyyəti” çıxır meydana.

Xalqımızın çoxəsrlik milli-mənəvi dəyərlərini əks etdirən, özünəməxsus ənənələri ilə nümunə olan ailələrimiz. Bir evin dörd divarı arasında, bir süfrənin başında dostluğu, yoldaşlığı, birliyi, vətənpərvərliyi, etibarı, qənaəti, paylaşmağı aşılayan ailələrimiz. Böyük-kiçik yeri bilməyi, harada oturub-durmağı, harada necə danışmağı öyrədən ailələrimiz.

Ailə dəyərlərimizi dəyərləndirən, “ömrünün” ayrı-ayrı zamanlarında Gümüş, Qızıl, Brilyant toylu-büsatlı ailələrimiz, nə gözəl yaraşır ömrünə hər fəslin öz “donu”. Bu donları dəyişdikcə uzanır ömrün, xalqımıza məxsus uzunömürlü ailə modelini yaradırsan evlərimizdə.

Ömrün qış fəsli saçları bəyazlaşdırdıqca bir ömür yolyoldaşı olanların bir-birinə sevgisi, sayğısı daha da artır. Çünki bu yolçuluqdakı maneələri, keşməkeşləri aşmaq, nahamarlıqları qət etmək, payız küləklərinə sinə gərmək əzmi insanları bir-birinə dost edir, ayrılmaz dost... Onları gənc ailələrin nəsihət verəninə, məsləhətçisinə çevirir. Baba-nənə edir. Övladdan da şirin paylı – nəvəli, nəticəli, kötücəli edir. Və bir ömürlük yolyoldaşlarının çatdığı son mənzil neçə-neçə nəsillər sonra da xatirələrdə gözəl bir ailənin ünvanını yaşadır.

Lakin bəzən ömrünün payız fəslini keçib qışa – sona çatmayan ailələrimiz də olur. Dörd fəsli başa vura bilməyən ailələr yarımçıq ömürlü ailələrdir. Təbiətin fəsillərinin ardıcıllığı öz “əlindədirsə”, ailənin “dörd fəslini” sıralamaq biz insanların əlindədir. Bütün çətinlikləri aşa biləcək, əzmkar, mübariz insanlarda. Elə isə bir ailənin belə dağılmasına izn verməyək. Qoruyaq, nəyin bahasına olursa-olsun, qoruyaq. Övladlarımızı atasız, anasız qoymayaq. Üzlərindəki sevincin, təbəssümün, gülüşün yerinə öz əllərimizlə kədər, gözyaşı toxumları səpməyək. Çünki zaman bu toxumları cücərtdikcə belə uşaqlar həyatın sərt sillələri ilə qarşılaşmalı olurlar. Tək uşaqlarmı? Xeyr, həm də təklənən qadınlar, kişilər. Bir də yarımçıq ömürlü ailələri özlərinin kədərinə çevirən böyüklərimiz... Elə buradaca böyük şəxsiyyətlərdən birinin gözəl kəlamını xatırlamaq yerinə düşər: – Bütün dünyanı gəzib səadət axtardım, tapmayıb kor-peşman evə döndüm. Sən demə o, evdə məni gözləyirmiş. Bu ev isə yalnız bir ömürdə bir-birinin yolyoldaşına çevrilənlərin ünvanı ola bilər. Səadət dolu ünvan...

Mətanət Məmmədova

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 15 May 2026 13:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see222

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see210

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see209

Respublika Stadionunda möhtəşəm pankartlar FOTO

03 Oktyabr 2026 20:18see205

“Rusiya İran ABŞ münaqişəsində vasitəçilik etməyə hazırdır” Medvedev

03 Oktyabr 2026 23:33see196

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see196

Şimal bölgəsində payızın ilk qarı FOTO

03 Oktyabr 2026 08:40see194

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see190

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see190

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see189

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see184

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see182

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see180

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see180

Azad Cəbrayıl 6 cı ilində

04 Oktyabr 2026 00:21see178

Rövşən Muradov: Azərbaycanın enerji resursları geoiqtisadi kapitala çevrilir

03 Oktyabr 2026 17:49see177

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see176

Zelenski Trampdan mühüm addım gözləyir

03 Oktyabr 2026 20:16see176

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see175

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri