Icma.az
close
up
RU
Ailə tərbiyəsi almayan uşağın məktəbdəki təlimlə mədəni insan və layiqli vətəndaş olmağını gözləməməliyik

Ailə tərbiyəsi almayan uşağın məktəbdəki təlimlə mədəni insan və layiqli vətəndaş olmağını gözləməməliyik

Bizimyol saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Son zamanlar məktəblərdə neqativ halların baş verməsi halları ilə tez-tez qarşılaşırıq. Şagirdlərin bir-birinə qarşı, müəllimlərə qarşı aqresiyası, müəllimlərin şagirdlərlə düzgün davranmama halları və s. bu kimi hallar tez-tez diqqətimizi çəkir. Valideynlər deyir ki, uşaqlarımızı məktəb, mühit pozur, müəllimlər deyir ki, uşaqları valideynlər tərbiyə edir. Beləcə hər kəs çox ciddi bir problemi bir-birinin üzərinə buraxaraq, ciddi bir vəziyyətdən boyun qaçırmış olurlar. Nəticədə cinayətkar, kiçik yaşlarından siqaret, alkoqollu içki və mənfi vərdişləri olan aludəçisi olan şəxslər yetişir. Bu şəxslərin sayəsində cəmiyyət dərin bir çöküş yaşayır.

Dərin bir problem daha var. Bəlkə bunu dilə gətirməkdə çətinlik yaşayanlar var. Amma biz deməkdən çəkinmirik. Məktəblərdə bəzən direktorlar və onların müavinləri, hətta bəzi müəllimlər uşaqlarla etika çərçivəsində davranmırlar. Qarşılarındakı gəncin uşaq olduğunu unudurlar. Bu da çox ciddi problemdir.

Çox uzağa getməyək. Xatırlayırsınızsa, bir məktəb direktorunu və ailəsini elə öz övladı yer üzündən sözün əsl mənasında sildi. Ailəsinə, övladına sözü keçməyən insanlar necə direktor ola bilir? Hansı meyarlarla? Bir dəfə təhsil ekspertlərindən biri demişdi ki, bəzi direktorlar özlərini məktəbin xanı kimi hiss edirlər. Belə bir məktəbdə təhsil alan şagird necə nümunəvi şəxs kimi yetişə bilər ki?

Ailələrdə valideynlər övladlarının ehtiyaclarını ödəyə bilmək üçün işləmək məcburiyyətindədir. Məsələn; mənim övladlarım günün 12 saatını məktəb, hazırlıq və idman məşqləri mühitində olur. Evə gec saatlarda qayıdan uşaqları mən valideyn olaraq bir neçə saat görə bilirəm. Eləcə də mənim kimi digər valideynlər....

Uşaqlarımızı düzgün yetişdirə bilmək üçün nə kimi addım atmalıyıq?Uşaqlarımızın tərbiyəsində kim rol oynamalıdır?

Milli Məclisin deputatı Tahir Rzayev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, layiqli vətəndaş yetişdirmək vəzifəsi tək məktəbin üzərinə qoyulmamalıdır.

Tahir Rzayev

“Hər bir kəs dövlət, məktəb, ailə, cəmiyyət bu vəzifəni bacardığı qədər yerinə yetirməlidir. Çox təəssüflər olsun ki, bir çox hallarda xüsusilə son illər gənclərin tərbiyəsində məktəbin böyük rol oynadığını qeyd edirlər və bütün problemləri məktəbin üzərinə atırlar. Bu, əlbəttə ki, birtərəfli yanaşmadır. Çünki uşaq-gənc ailədə tərbiyə alır, atadan və anadan müəyyən şəxsi keyfiyyətləri götürür. Əgər uşaq dörd saat məktəbdə, müəllimin qarşısında olursa, 20 saat ailədə olur. Təlim tərbiyə ailədə yüksək səviyyədə qurulmalı və qorunmalıdır. Ailədən məktəbə təkəbbürlü, şıltaq və deyilənləri eşitməyən uşaq gəlirsə, müəllimin onunla davranması, ona müəyyən bilikləri, tədris etməsi heç vaxt lazımi səmərə verə bilməz. Və bu gün müəllimin özünün də ciddi problemləri var. Bu günün müəllimi dünənin müəllimi deyil.

Çox təəssüf edirəm ki, müəllimimizin hörmətini xeyli aşağı salmaq istəyən qüvvələr var. Şagirdə “düz otur, yaxşı oxu, filan hərəkəti etmə” deyən müəllimlər bir çox hallarda təsirli təqiblə qarşılaşırlar. Valideyn tərəfindən kobudluq görür, hətta döyülürlər və məhkəməyə verilirlər. Ona görə də ilk tərbiyə ailədə olmalıdır”-deyə deputat vurğulayıb.

Deputat vurğulayıb ki, bu gün məktəblərimizdə də, təhsildə də müəyyən problemləri mövcuddur və mövcud problemlərin aradan qaldırılması üçün ciddi işlər görülür.

Tahir Rzayevin fikrincə, tək məktəb bütün problemləri aradan qaldırmağa qadir deyil. Məktəblə yanaşı, valideyn komitələri, ictimai təşkilatlar, ictimaiyyət, digər müvafiq qurumlar bu sahədə imkanları birləşdirməli, kompleks tədbirlər hazırlamalı, həyata keçirilməlidirlər.

“Mən tez -tez məktəblərdə oluram. Uşaqlarla gənclərlə görüşürəm və müşahidə etdiyim yaxşı hallar çoxdur. Bizdə yaxşı müəllimlər, yaxşı məktəblər çoxdur. Təəssüf edirəm ki, müəyyən dərsliklərdə olan nöqsanlar, müəyyən informasiya şəbəkələrinin yaydığı xoşagəlməz məlumatlar və televiziya verilişləri uşaqlarımızın əxlaqına olduqca çox mənfi təsirini göstərir. Bütün bunlar gənclərin gələcək inkişafı və onların bir vətəndaş kimi böyüməsinə mane olan hallardır.

Biz əgər uşaqlarımızı fiziki və psixoloji cəhətdən möhkəm, mənəvi cəhətdən inkişaf etmiş görmək istəyiriksə, dediyim kimi, hər birimiz, istər ailə, istər məktəb, istər ictimaiyyət, istər müvafiq orqanlar özlərinin səylərini bir etməli, cəmiyyət üçün layiqli vətəndaşların yetişdirilməsi uğrunda mübarizə aparmalıdırlar. Əks halda, açığını demək lazımdır ki, bizi müəyyən xoşagəlməz hallar gözləyə bilər. Müftəxor, yalançı, şayiələrə uyan və zəhmətdən uzaq gənclərin böyüdülməsi, gələcək dövlət quruculuğuna, eləcə də cəmiyyətin inkişafına ağır zərbə ola bilər”-deyə deputat bildirib.

İradə Cəlil, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA)

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.19. uşaq və gənclərin fiziki və mənəvi inkişafı.

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.19. uşaq və gənclərin fiziki və mənəvi inkişafı.

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.19. uşaq və gənclərin fiziki və mənəvi inkişafı.

Məqalə, Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.19. uşaq və gənclərin fiziki və mənəvi inkişafı.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:123
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 05 İyun 2025 18:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see264

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see261

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see249

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see233

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see219

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see210

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see201

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see194

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see186

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see185

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see173

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see171

Hansı ölkədə nazirlərin maaşı çoxdur: Gürcüstanda, yoxsa Azərbaycanda?

21 Yanvar 2026 17:13see170

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see167

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see159

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see157

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see156

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see153

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see150

Bağça müəllimi uyğunsuz görüntülərə görə işindən azad edildi RƏSMİ

21 Yanvar 2026 20:41see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri