Icma.az
close
up
RU
“Ailə vəzifələri olan işçi” anlayışının qanunvericiliyə daxil edilməsi əmək münasibətlərində ədalət baxımından mühüm addımdır ekspert

“Ailə vəzifələri olan işçi” anlayışının qanunvericiliyə daxil edilməsi əmək münasibətlərində ədalət baxımından mühüm addımdır ekspert

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 17 dekabr, AZƏRTAC

Beynəlxalq Əmək Təşkilatının “Kişi və qadın işçilər - ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında” qanunu ilə təsdiq edilmiş Konvensiyanın tələblərindən irəli gələrək Əmək Məcəlləsinin 3-cü maddəsində istifadə edilən anlayışlar sırasına “ailə vəzifələri olan işçi” anlayışı gətirilib.

Məsələ ilə bağlı AZƏRTAC-a açıqlamasında insan resursları üzrə ekspert Aytən Şıxalıyeva bildirib ki, ailə üzvlərinə qulluq edən işçilər əmək münasibətlərində ayrı-seçkiliyə məruz qalmamalıdır. Bir çox Avropa ölkələrində, ailə üzvünə qulluq edən işçilər üçün çevik iş qrafiki, məsafədən və ya qismən işləmə, ezamiyyət və əlavə işlərdən azadolma kimi mexanizmlər məhz bu status əsasında tətbiq edilir. “Ailə vəzifələri olan işçi” anlayışı əvvəl necə idi? Əvvəlki əmək qanunvericiliyində ailə məsuliyyətləri olan işçilərlə bağlı müəyyən normalar mövcud idi, lakin bu anlayış vahid və dəqiq hüquqi kateqoriya kimi formalaşdırılmamışdı. Qulluq öhdəlikləri əsasən qadın işçilər, analıq məzuniyyəti və uşağa qulluq kontekstində tənzimlənirdi. Bu isə ailə üzvünə qulluq edən digər işçilərin, xüsusilə kişilərin, qəyyumların və himayədar valideynlərin hüquqi baxımdan görünməz qalmasına səbəb olurdu.

“Yeni yanaşmada “ailə vəzifələri olan işçi” anlayışı ilk dəfə ayrıca və geniş şəkildə hüquqi termin kimi qeyd olunur. Yəni qanun artıq ailə məsuliyyətini “şəxsi problem” yox, sosial reallıq kimi qəbul edir. “Ailə vəzifələri olan işçi” statusu işçiyə avtomatik imtiyaz vermir, lakin onu müdafiə olunan hüquqi mövqeyə gətirir. Bu, o deməkdir ki, işə qəbulda və vəzifə artımında bu səbəb işçi əleyhinə arqument kimi istifadə edilə bilməz, iş qrafiki müəyyən edilərkən ailə vəziyyəti nəzərə alınmalıdır, həmçinin işçi ailə məsuliyyətinə görə cəzalandırıla və ya sıxışdırıla bilməz. Burada əsas məqsəd balansdır - işçinin nə əmək hüququ pozulur, nə də ailə borcu görməzlikdən gəlinir”, - deyə ekspert vurğulayıb.

Aytən Şıxalıyeva əlavə edib ki, bu yanaşma uzunmüddətli perspektivdə, işçi məmnuniyyətini artırıb, iş-ailə balansını gücləndirib əmək bazarında daha sağlam və inklüziv mühit yaradacaq. “Ailə vəzifələri olan işçi” anlayışının qanunvericiliyə daxil edilməsi, əmək münasibətlərində ədalət, sosial məsuliyyət və beynəlxalq standartlara uyğunlaşma baxımından mühüm addımdır. Bu dəyişiklik göstərir ki, müasir əmək hüququ artıq təkcə iş vaxtını deyil, insanın həyat yükünü də nəzərə alır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Dekabr 2025 14:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see286

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see280

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see249

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see241

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see229

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see196

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see184

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see171

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see141

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see141

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri