Icma.az
close
up
RU
Ailələrə dəstək addımı: Atalara ödənişli məzuniyyət planı

Ailələrə dəstək addımı: Atalara ödənişli məzuniyyət planı

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda atalara ödənişli məzuniyyət verilməsi ilə bağlı qanun layihəsi hazırlanır. Hazırda mövcud olan atalıq məzuniyyəti hüquqi cəhətdən qüvvədə olsa da, ödənişsiz olduğu üçün bir çox kişi bu imkandan istifadə etmir.

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva bildirib ki, yeni qanunla məzuniyyət ödənişli olacaq, lakin müddət dəyişməyəcək əvvəlki kimi 14 iş günü qüvvədə qalacaq.

Mövzu ilə bağlı Redaktor.az-a fikirlərini bildirən sosioloq Üzeyir Şəfiyev bildirdi ki, Əmək Məcəlləsində qadınlara ödənişli əsaslarla hamiləlik və üç yaşa qədər uşağı olan, həmçinin azyaşlı uşağa sahib qadınlara məzuniyyət hüququ verilir:

"Eyni zamanda kişilər üçün də əslində ödənişsiz və qismən ödənişli məzuniyyət nəzərdə tutulub. Sadəcə olaraq, parlamentdə müzakirə olunan məsələ kişilərə ödənişli əsaslarla məzuniyyət hüququnun verilməsidir. Bu addım düzgün olar, çünki kişilərin ev işlərində və uşağa baxmaqla bağlı öhdəliyini artırar, həm də onlar üçün bu imkandan faydalanmaq şəraiti yaranar".

Müshibimiz əlavə etdi ki, Azərbaycan ənənəvi olaraq kişi mərkəzli cəmiyyətdir:

"İlk mərhələdə bu hüquqdan istifadə edənlərin sayı az olacaq, amma gələcəkdə və orta perspektivdə artacaq. Belə bir halda Əmək Məcəlləsinin 127, 128 və 130-cu maddələrinə dəyişiklik edilməlidir ki, kişilərə də ödənişli əsaslarla məzuniyyət hüququ tanınsın. Əgər bu dəyişiklik baş versə, şübhəsiz ki, düzgün və adekvat yanaşma olar. Gələcəkdə kişilər bu imkandan yararlanacaq, bu isə həm onların məzuniyyətdən ödənişli istifadə imkanlarını genişləndirəcək, həm də ev işlərində iştirak baxımından faydalı olacaq. Eyni zamanda ailə işlərinə dəstək göstərmək üçün əlverişli şərait formalaşdıracaq".

Nuriyyə NATİQQIZI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 30 Sentyabr 2025 16:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see309

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see309

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see306

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see302

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see299

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see280

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see279

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see277

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see276

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see260

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see252

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see250

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see238

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see236

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see234

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see224

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see216

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see216

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see210

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri