Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

Ailələrin qorunmasında hüquqi maarifçilik

Ailələrin qorunmasında hüquqi maarifçilik

Icma.az, Adelet.az portalına istinadən məlumat verir.

Hər bir cəmiyyət üçün aktual olan məsələlərdən biri də cəmiyyətin formalaşmasında ailələrin rolu və iştirakıdır. Qeyd edək ki, ailə özü özlüyündə kiçik dövlət kimi xarakterizə olunsa da, hər bir ailənin dövlətin gələcək inkişafına öz töhfəsi olur. Bu baxımdan da ailələrin qorunması cəmiyyət üçün ən vacib məsələlərdən biridir. 

Onu da deyək ki, bəzi ölkələrdə ailə institutları sıradan çıxdığına və ya dağıldığına görə həmin ölkələrdə ailə nümunələri ilə bağlı da çoxsaylı problemlər var. Azərbaycan klassik ailə ənənələrini qoruyan və nəsildən-nəsilə ötürən ölkələr sırasında olduğuna görə bizim ölkəmizdə ailə institutunun və milli dəyərlərimizin qorunub saxlanması əsas məsələ olaraq qalır. Bununla belə son illər Azərbaycan ailə institutunun qorunması sahəsində müəyyən problemlər də nəzərə çarpmaqdadır. Bu əsasən xarici ölkələrdə olan və rəsmi xarakter daşımayan, tərəflər arasında hər hansı hüquqi bağ yaratmayan vətəndaş nikahı modelidir. Belə ki, son illər bir sıra xarici təbliğat vasitələri bu sahədə Azərbaycan kimi klassik ailə ənənələri olan ölkələrdə vətəndaş nikahı modellərinin tətbiqi ilə bağlı müxtəlif təbliğat vasitələrindən istifadə etməyə çalışırlar. 

Nikah və boşanma statistikası

Burada narahatedici digər faktor isə son illərdə ölkəmizdə rəsmi nikahların sayının sürətlə azalmasıdır. Belə ki, əvvəlki illərdə ailə nikahlarının pozulması yeni nikahların qeydə alınması statistikası ilə müqayisədə qat-qat aşağı olsa da, son beş ildə nikahların pozulması halları sürətlə artmaqdadır.

Məsələn, 2018-ci ildə Azərbaycanda 62 484 nəfər nikaha daxil olub ki, bu da 2014-cü ildən sonra qeydə alınan ən aşağı göstərici kimi diqqət çəkmişdi. 2017-ci ildə Azərbaycanda 62 923, 2016-cı ildə isə 66 771 nəfər, 2015-ci ildə 68 773, 2014-cü ildə 84 912 nəfər nikah bağlayıb. Azərbaycanda əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 2014-cü ildə 9, 2015-ci ildə 7,2, 2016-cı ildə 6,9, 2017-ci ildə 6,5, 2018-ci illərdə 6,4 olub.Boşanmaların sayına gəldikdə, ölkədə 2014-cü ildə 12 088, 2015-ci ildə 12 764, 2016-cı ildə 13 114, 2017-ci ildə 14 514, 2018-ci ildə 14 857 nəfər boşanıb.

Əhalinin hər 1000 nəfərinə düşən boşanmaların sayı 2013, 2014 və 2015-ci ildə 1,3, 2016-cı ildə 1,4, 2017 və 2018-ci illərdə 1,5 olub.

Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü il ərzində ölkədə 49508 nikaha daxilolma və 21384 boşanma halları qeydə alınıb. 2023-cü illə müqayisədə 2024-cü ildə əhalinin hər min nəfərinə nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb. 2024-cü ildə Naxçıvan Muxtar Res-publikasında nikahların ümumi sayı 2247, boşanmaların sayı isə 969 olub.

Bəzi ekspertlər bu mənfi tendensiyaları informasiya texnologiyalarının sürətli inkişafı və sosial şəbəkələrin Azərbaycan ailələrinə daxil olmasının nəticəsi kimi izah etsələr də, məsələyə fərqli aspektdən yanaşanlar da var. Ailələrdə nikahların pozulması hallarını bəzi ekspertlər mövcud sosial iqtisadi problemlərlə, eləcə də müasir gəncliyin problemlərə dözümsüzlüyü ilə izah edirlər. Həmçinin burda ailədaxili problemlərin, məişət zorakılığı hallarının atması, ailələrin yeni qurulan ailələrə müdaxiləsi və s. kimi versiyalar da səsləndirmək mümkündür. 

Qanunvericilik bazası

Ailələrimizi, ailə dəyərlərimizi necə qorumalıyıq? Əlimizdə olan imkanlar bizə ortaya çıxan problemlərin aradan qaldırılmasında vasitəçi ola bilərmi?

Qeyd edək ki, Azərbaycan ailə dəyərlərinin qorunması ilə yanaşı bu sahədə hüquqi qanunvericilik bazası da güclü olan ölkələrdəndir. Ölkəmizdə ailə institutunun formalaşması, nikahın qeydə alınması və pozulması, eləcə də uşağın doğulması, atalığın müəyyən edilməsi, ailə üzvləri arasında əmlak və qeyri-əmlak münasibətlərini tənzimləyən Ailə Məcəlləsi qəbul edilib. 1999-cu ildən qüvvədə olan qanunvericilik aktında cəmiyyətin inkişafı və ailə institutunda olan bəzi problemlərin həllini tapması, eləcə də qanunvericilikdəki boşluqların aradan qaldırılması üçün müəyyən təkmilləşdirilmə işləri də aparılır. Bundan başqa ailədaxili münaqişələrin tənzimləməsini nəzərdə tutan “işət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunu da qüvvədədir. 

Gender bərabərliyi

Həmçinin ölkəmizdə cinsi ayrı seçkiliyi qadağan edən “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanun da qəbul edilib.  Gender bərabərliyinin təmin edilməsi üzrə dövlət siyasətinin əsas istiqamətlərinə gender bərabərliyinin təmin edilməsi üçün normativ hüquqi bazanın formalaşdırılması, təkmilləşdirilməsi və inkişafı, normativ hüquqi aktların gender ekspertizasından keçirilməsi, gender bərabərliyinin təmin edilməsi üçün dövlət proqramlarının hazırlanması və həyata keçirilməsivə gender bərabərliyi mədəniyyətinin təbliği daxildir.

Gender bərabərliyinin təmin edilməsində dövlətin vəzifələrinə gəlincə, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması, kişilər ilə qadınlara bərabər imkanların yaradılması, dövlətin idarə olunmasında və qərarlar qəbul edilməsində bir cinsin nümayəndələrinin üstünlüyünə yol verilməməsi üçün dövlət tədbirlər görür.

Qanuna əsasən, işəgötürən əmək fəaliyyətində kişi və qadınların bərabərliyini təmin etməlidir. İşəgötürənin vəzifələri sırasında işə qəbul, işdə irəli çəkilmək, peşə hazırlığı keçdiyi və əlavə təhsil aldığı zaman, işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən cinsindən asılı olmayaraq, işçilərə eyni yanaşmaq və bərabər imkanlar yaratmaq, cinsindən asılı olmayaraq, eyni işlə məşğul olan işçilərə eyni iş şəraitini yaratmaq. cinsindən asılı olmayaraq, eyni pozuntuya görə işçilərə fərqli intizam tənbehi tədbirini tətbiq etməmək, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin və seksual qısnamanın qarşısını almaq üçün lazımi tədbirlər görmək yer alır.

Cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin aradan qaldırılmasında işəgötürənin vəzifələri də müəyyənləşib. İşdə irəli çəkilmək, peşə hazırlığı keçdiyi və əlavə təhsil aldığı zaman və işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən kişi və qadınlara fərqli yanaşdıqda, işçinin tələbi ilə işəgötürən həmin fərqli yanaşmanın işçinin cinsi mənsubiyyəti ilə bağlı olmadığını əsaslandırmalıdır. İşə qəbul edilmək barədə müraciətə rədd cavabı almış şəxs işəgötürəndən işə qəbul edilmiş əks cinsin nümayəndəsinin onunla müqayisədə malik olduğu təhsil, peşə hazırlığı, təcrübə, peşə keyfiyyətləri və digər üstünlüklər barədə yazılı izahat tələb etmək hüququna malikdir.

Cinsindən asılı olmayaraq bir iş yerində işləyən, eyni ixtisas dərəcəsinə malik olan, eyni iş şəraitində işləyən, eyni dəyərli işi yerinə yetirən işçilərə əməkhaqqı, həmçinin mükafatlar və işçini həvəsləndirmək məqsədilə ödənilən digər maddi ödənişlər eyni ödənilməlidir. Əməkhaqqı, mükafatlar və işçini həvəsləndirmək məqsədilə ödənilən digər maddi ödənişlər müxtəlif olduqda, işçinin tələbi ilə işəgötürən əməkhaqqındakı fərqin işçinin cinsi mənsubiyyəti ilə əlaqədar olmadığını əsaslandırmalıdır.

Azərbaycan Konstitusiyası ailəni qoruyur

Həmçinin ali qanunumuz olan Azərbaycan Respublikasının Konstitusiyasında ailə və nikah hüququ ilə bağlı müddəalar öz əksini tapıb. Konstitusiyanın 17-ci maddəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Valideynləri və ya qəyyumları olmayan, valideyn qayğısından məhrum olan uşaqlar dövlətin himayəsindədirlər. Uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb etmək qadağandır. 15 yaşına çatmamış uşaqlar işə götürülə bilməzlər. Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarət edir.

Konstitusiyanın 32-ci maddəsinə əsasən, hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa, şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır.

Konstitusiyanın 34-cü maddəsinə görə, hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ var.Nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Nikah və ailə dövlətin himayəsindədir. Analıq, atalıq, uşaqlıq qanunla mühafizə edilir. Dövlət çoxuşaqlı ailələrə yardım göstərir. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar.

Konstitusiyanın 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ var. Yardıma möhtac olanlara kömək etmək ilk növbədə onların ailə üzvlərinin borcudur. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

Bu baxımdan da ailə institutun formalaşması və qorunması sahəsində hüquqi baxımdan hər hansı problem yoxdur və ailə dövlətin himayəsindədir. O zaman ailələrimizə xarici ölkələrdən, əsasən də sosial şəbəkələr və ayrı-ayrı xarici təbliğat vasitələri tərəfindən daşınan neqativ meyllərə qarşı hansı şəkildə mübarizə aparılmalıdır? Biz ailələrimizi xarici deqradasiyalardan necə qoruyaq?

Ekspertlər hesab edirlər ki, bu gün xarici təbliğat vasitələrinin Azərbaycan ailələrinə yönəlik təbliğatı davam edir. Bununla yanaşı, insanların sosial şəbəkələrdən istifadəsi də tam azad olduğuna görə həmin vasitələrin ailələrə daxil olması da bünövrəsi o qədər də möhkəm olmayan ailələrdə xoş olmayan meyllərin yaranmasına gətirib çıxarır. Bu baxımdan da ekspertlər sosial şəbəkələrlə bağlı qanunvericilik normalarının yaradılmasını zəruri sayırlar. 

Bir müddət əvvəl Milli Məclisin İnsan Hüquqları komitəsinin sədri Zahid Oruc da sosial şəbəkələrlə bağlı tənzimləmələrə dair çağırışlar olduğunu bildirmişdi. 

Vətəndaş cəmiyyəti institutları və medianın qarşılıqlı əməkdaşlıq fonunda maarifçi təbliğat aparması da zəruridir. Ailə hüququ və digər hüquqlarla bağlı dövlət qurumları ilə vətəndaş cəmiyyəti institutları arasında mütəmadi əməkdaşlıq olmalıdır və müxtəlif səpkili maarifçilik tədbirləri və layihələri həyata keçirilməlidir. Yalnız  bu halda biz həm hər bir ailə üzvünün öz hüququnu bilməsinə, həm də ailələrimizin qorunmasına nail ola bilərik.   

Qeyd: Yazı “Rəvan” Gəncliyə Dəstək İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi “Azərbaycanda ailə dəyərlərinə qarşı hibrid təhdidlər” layihəsi çərçivəsində hazırlanıb.Əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:276
embedMənbə:https://adalet.az
archiveBu xəbər 08 İyul 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see354

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see268

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see264

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see242

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see239

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see222

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see218

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see213

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see209

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see205

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see201

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see197

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see195

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see187

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see186

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see182

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see182

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see176

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri