Icma.az
close
up
RU
Prezident İlham Əliyevin qlobal diplomatiya sahəsindəki uğurlarından biri

Prezident İlham Əliyevin qlobal diplomatiya sahəsindəki uğurlarından biri

Icma.az, Newscenter.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.


Azərbaycan ilə Mərkəzi Asiya ölkələri arasında əməkdaşlıığın son illərdə sürətlə genişlənərək sistemli və çoxşaxəli xarakter alması, münasibətlərin artıq klassik diplomatiya sərhədlərini aşaraq strateji inteqrasiya mərhələsinə daxil olması, ölkəmizin sadəcə logistik-tranzit keçid məntəqəsi kimi deyil, məhz birləşdirici strateji mərkəz rolunda önə çıxması təkcə Mərkəzi Asiyanın yox, həmçinin Cənubi Qafqazın da geosiyasi reallıqlarına köklü təsir göstərir. Rəsmi Bakı ilə Mərkəzi Asiya (Türküstan) ölkələri arasında "C5+1" (və ya "6-lıq") formatında yeni münasibətlər sisteminin qurulmasından sonra Ermənistan və Gürcüstan arasında həm Azərbaycanla, həm də Mərkəzi Asiya ölkələri ilə daha dərin münasibətlərin qurulması istiqamətində sözün əsl mənasında böyük bir yarış başlayıb.
Bu kontekstdə Ermənistanın baş naziri Nikol Paşinyanın Qazaxıstana səfər etməsi və bu ölkə ilə strateji tərəfdaşlıq münasibətlər qurmaq təşəbbüsü ilə çıxış etməsi qonşu Gürcüstanın rəsmi dairələri və ekspert camiəsi tərəfindən də xüsusi diqqətlə izlənilir. Azərbaycanın təşəbbüskarlığı və moderatorluğu ilə Cənubi Qafqaz regionunun infrastruktur və geoiqtisadi baxımdan yeni formalaşma mərhələsinə daxil olması istər-istəməz Gürcüstan rəhbərliyini də yeni rakursdan düşünməyə və hərəkətə keçməyə sövq edir. Onlar Azərbaycanla Mərkəzi Asiyanın sıx inteqrasiyasının Gürcüstan üçün də ciddi mesaj xarakteri daşıdığını başa düşürlər.
Gürcüstan hökuməti "Mərkəzi Asiya+Azərbaycan" (C5+1) formatı çərçivəsində region ölkələrinin Avropa ilə əlaqələri tranzit-nəqliyyat xətləri üzərindən əlaqələndirilməsi məsələsində Ermənistanla rəqabəti uduzmamaq üçün tranzit strategiyasını gücləndirmək, xarici iqtisadi əlaqələri şaxələndirmək, qlobal bazarlara çıxışı sadələşdirmək, tranzit axınlarının Xəzər regionu və Qafqaz üzərindən daha səmərəli şəkildə əlaqələndirilməsini təmin etmək, Avrasiyada tranzit qovşağı kimi rolunu gücləndirmək və ümumiyyətlə, enerji və nəqliyyat danışıqlarında fəal iştirak etmək mövqeyini seçib. Eyni zamanda, rəsmi Tiflis Azərbaycan ilə Ermənistan arasında nəqliyyat və logistika dəhlizi olan "TRIPP yolu" (Zəngəzur dəhlizi), yeni Transqafqaz marşrutu üzrə məsləhətləşmələr aparmaq üçün ABŞ Dövlət Departamentinin nümayəndələrinin regiona səfərini də diqqətlə izləyir. Bir sözlə, Gürcüstan Azərbaycanın həlledici rol oynadığı yeni geosiyasi, geoiqtisadi proses çərçivəsində Mərkəzi Asiya ölkələrinin iqtisadi təşəbbüslərində öz iştirakını genişləndirmək üçün tam gücü ilə hərəkətə keçib. Bu baxımdan Nikol Paşinyanın ardınca, Gürcüstanın baş nazirinin də tezliklə Mərkəzi Asiya ölkələrinə səfər etməsi gözləniləndir.
Azərbaycan isə "C5+1" formatı əsasında Mərkəzi Asiya əməkdaşlıq memarlığının formalaşdırılmasında bərabər söz hüququna sahib olmaqla və qərar qəbuletmə proseslərinin təbii tərəfdaşına çevrilməklə bundan sonra həm Cənubi Qafqazdakı liderlik mövqeyini daha da gücləndirəcək, həm də bu yeni status bizim ölkəmizə Türk dünyasında nəqliyyat, iqtisadi və mədəni sahələrdə əsas inteqrasiyaedici aktor kimi çıxış etmək imkanı verəcək. Prezident İlham Əliyevin iştirakilə Daşkənddə keçirilən toplantıda Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünə tamhüquqlu üzv qəbul edilməsi, həmçinin ölkəmizin regional inteqrasiya proseslərində təsir imkanlarını artırmaqla yanaşı, beynəlxalq arenadakı mövqeyini də möhkəmləndirir. Azərbaycan iki mühüm region arasında əlaqələrin əsas mərkəzinə çevrilməklə beynəlxalq proseslərin fəal subyektlərindən biri olur. Beləliklə, nəticə etibarilə, Azərbaycan həm Mərkəzi Asiya və Cənubi Qafqaz arasında real əməkdaşlığı formalaşdıran əsas strateji mərkəz rolunda çıxış etməklə, həm də Türk dünyasının birləşdirici gücünə çevrilməklə böyük tarixi missiya daşımağa başlayır. Bu, Prezident İlham Əliyevin qlobal diplomatiya sahəsindəki ən önəmli uğurlarından biridir.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:218
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 23 Noyabr 2025 11:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see319

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see317

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see315

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see310

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see296

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see291

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see289

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see286

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see270

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see266

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see260

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see244

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see242

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see241

Faydalı hesab etdiyimiz 8 məhsulda gizli şəkər aşkarlandı

09 Noyabr 2026 22:58see230

Çalhanoğlu gələcəyi ilə bağlı danışdı: “Hamı sakit olsun!

10 Noyabr 2026 00:59see222

Birinci xanım Hacıqabuldan paylaşım etdi: “Qələbə Tağı FOTO/VİDEO

09 Noyabr 2026 19:52see222

İtirilmiş dişlər yenidən çıxa bilər İnqilabi kəşf

09 Noyabr 2026 22:45see217

Bal soyuqdəyməni sağaltmır Rusiyalı həkim

09 Noyabr 2026 14:28see211

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri