Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Yanğın zamanı necə sağ qalmaq olar? ƏN VACİB MƏSLƏHƏTLƏR

Yanğın zamanı necə sağ qalmaq olar? ƏN VACİB MƏSLƏHƏTLƏR

Yenisabah saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Noyabrın 21-də Bakı şəhəri, Yasamal rayonu Mirəli Seyidov küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında baş verən yanğında 3 nəfər tüstüdən boğularaq ölüb, azı 20 nəfər isə zəhərlənib. Zəhərlənmiş şəxslər hospitalizasiya olunub, hazırda vəziyyətləri qənaətbəxşdir və onlara zəruri tibbi xidmətlərin göstərilməsi davam etdirilir.

Faktla bağlı Baş Prokurorluqda cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Bəs yanğın zamanı necə hərəkət etmək lazımdır? Tüstüdən boğulmamağın bir yolu varmı?

“Yeni Sabah” bununla bağlı vacib məlumatları təqdim edir:

Yanğın - yanma ilə yanaşı müəyyən zaman və məkan hüdudunda inkişaf edən kütlə və istilik mübadiləsi təzahürlərini özündə əks etdirən mürəkkəb fiziki - kimyəvi prosesdir. Bu təzahürlər qarşılıqlı əlaqədədir və yanğın parametrləri, yəni yanıb qurtarma sürəti, hərarəti və s. ilə xarakterizə olunur.

Yanğının insanlara təsir edən təhlükəli amilləri aşağıdakılardır :

- açıq alov və qığılcımlar;

- ətraf mühitin və əşyaların yüksək temperaturu;

- zəhərləyici yanma maddələri, tüstü;

- oksigen çatişmazlığı;

- tikinti konstruksiyalarının, aqreqatların və qurğuların uçulub düşən hissələri, həmçinin partlayışların təhlükəli amilləri.

Dərhal qonşulara xəbər verin

Yanğın baş verdikdə onu birinci görən şəxs təcili olaraq 101 və ya 112 nömrəli telefonlara zəng vurub yanğından mühafizə hissəsinə xəbər verməli, telefonla danışan şəxs yanğın yerinin düzğün ünvanını söyləməlidir.

Yanğın baş verən zaman dərhal qonşuları xəbərdar etmək (gecə vaxtı onları mütləq oyatmaq), insanların köçürülməsini həyata keçirmək, sonra isə mövcud olan vəsaitlərlə (odsöndürən, qum, su və s.) yanğını söndürməyə başlamaq lazımdır.

Əgər elektrik naqilləri yanırsa, dərhal naqilləri cərəyandan ayırmaq və ya qoruyucuları sayğacdan çıxartmaq, bundan sonra əl altında olan vasitələrlə yanğını söndürməyə başlamaq lazımdır.

Sürünərək hərəkət edin

Yanğın zamanı pəncərə və qapıları açmaq, pəncərə şüşələrini sındırmaq, eləcə də başqa cür hava cərəyanı yaratmaq olmaz.

Əgər yanğın otaqda yayılmağa başlayırsa, qonşu otaqların qapısını kip bağlamaq lazımdır ki, alov digər mənzillərə, pilləkənlərə yayılmasın. Tüstünün yayılmaması üçün qapının altını nəm əski ilə tutmaq vacibdir. Güclü tüstü olan sahədə sürünərək və ya əyilərək hərəkət etmək lazımdır. Çoxmərtəbəli binalarda yanğın zamanı binanın damına da qalxmaq olar.

Yanğın zamanı giriş qapısı alovla kəsilibsə, balkona çıxmağa cəhd göstərilməlidir. Yadda saxlamaq lazımdır ki, yanan mənzildə yanğınsöndürənlər birinci növbədə məhz balkon və pəncərələrə yaxınlaşırlar.

Mətbəxdə və balkonda baş verən yanğınlar daha iri həcmli olduğundan tez alışan əşyaları, müxtəlif əskiləri balkon və mətbəxdə saxlamaq təhlükəlidir. Təsadüfən balkona düşmüş siqaret kötüyü güclü yanğına səbəb ola bilər. Əgər mətbəxdə yağ alışıbsa (qazanda və ya tavada), qızdırıcı cihaz təxirə salınmadan söndürülməlidir. Alovu söndürmək üçün qapaq və ya nəm əski ilə onun ağzını örtmək, soyuyana qədər gözləmək lazımdır. Əks halda yağ yenidən alovlana bilər. Balkonda əşyaları metal qablarda saxlamaq yanğın təhlükəsizliyi baxımından məqsədəmüvafiqdir.

Liftdə yanğının ilk əlamətləri hiss olunduqda (kabinədə və şaxtada yüngül tüstü olarsa) “çağırış” düyməsini sıxıb lift xidmətçisinə məlumat vermək lazımdır. Əgər lift hərəkət edirsə, onun dayanmağını gözləmək məsləhətdır. Liftin kabinəsi gərginlik altında olduğu üçün alovu su ilə söndürmək təhlükəlidir. Yaxşı olar ki, qalın quru parçadan, tozlu odsöndürənlərdən, qumdan istifadə edilsin. Əgər qısaqapanma nəticəsində alovlanan lift mərtəbələr arasında qalıbsa və onu söndürmək mümkün deyilsə, çöldə olan insanları köməyə çağırmaq lazımdır. Təkbaşına liftdən çıxmaq mümkün deyilsə, kömək gələnə qədər ağız və burun nəm əski ilə tutulmalıdır.

Yanan paltarı necə söndürmək olar?

Yanğınlar zamanı adamların əynindəki paltarların yanmasına tez-tez rast gəlinir. Odur ki, hər şeydən əvvəl paltarı alışan adam qaçmamalıdır, çünki qaçdıqda alov daha da şiddətlənir. Buna görə də yerə, döşəməyə uzanmaqla və yuvarlanmaqla, yanan yerləri döşəməyə və ya yerə sıxmaqla söndürməyə çalışmaq lazımdır. Bunu görənlər həmin şəxsi adyalla, köhnə paltarla kip sarımağa çalışmalıdırlar. Paltar söndükdən sonra həmin zərərçəkən şəxs müalicə müəssisəsinə göndərilməli və ya təcili yardım çağırılmalıdır.

Unutmaq olmaz ki, yanma zamanı havada zəhərli qazlar yaranır və oksigenin miqdarı azalır. Buna görə də unutmaq olmaz ki, yanğın vaxtı yalnız alov deyil, həm də bu zaman yaranan tüstü də olduqca təhlükəlidir.

Məlumdur ki, yanma əmələ gəlməsi üçün yanar maddə, oksigen və maddənin müəyyən temperatura qədər qızması üçün istilik impulsu olmalıdır. Odur ki, yanmanı dayandırmaq üçün bu amillər arasındakı əlaqəni kəsmək lazımdır. Bu da müxtəlif vasitələrin tətbiq edilməsi ilə mümkündür. Bunun üçün məişətdə hər şeydən çox sudan, qumdan (torpaqdan), keçədən, köpükdən və xüsusi söndürücü tozlardan istifadə edilir.

Tezalışan mayelər - kerosin, benzin yanarsa (köpüklü odsöndürənlər olmadıqda), mayenin üstünə torpaq və ya qum tullamaq lazımdır.

Bu mütləq olmalıdır

Su - yanğını söndürmək üçün universal vasitədir. Su odun üstünə düşərək buxarlanır, yanar şeyin istiliyinin çox hissəsini udur, bununla da yanma şəraitini pozur, zəiflədir.

Söndürmə vasitəsi olan suyun mənfi cəhətlərindən biri onun yanan səthləri zəif islatmasıdır. Su böyük səthə yayılması nəticəsində axıb gedir. Onun təsiri çox qısa və ötəri olur. Lakin suyun həmin islatmaq qabiliyyətini asanlıqla artırmaq olar. Əgər suya azacıq miqdarda (0,7 - 1,5%) səthi-aktiv maddə əlavə edilirsə, onun səthi yayılma xüsusiyyəti xeyli azalar, odsöndürmə xüsusiyyəti isə kəskin surətdə artar. Məişətdə işlədilən hər hansı yuyucu maddə (tozlar, mayelər, pastalar) səthi-aktiv maddə kimi işlədilə bilər. Bu, çox mühüm haldır. Bunu su ehtiyatı toplayanlar nəzərə almalıdırlar. Belə su ehtiyatı (su ilə dolu çəllək) hər taxta evin yanında, xüsusən də yay dövründə mütləq olmalıdır.

Bir daha xatırlatmaq istərdik ki, bəzi hallarda yanmanı ləğv etmək üçün sudan istifadə etmək olmaz. Unutmaq olmaz ki. su elektrik cərəyanını keçirir. Buna görə də gərginlik altında olan elektrik naqilləri, mühərriklər, başqa qurğu və cihazlar yanarkən su ilə söndürülməsi yolverilməzdir.

Su bir çox tezalışan və yanan mayelərdən ağırdır. Ona görə də, belə mayeləri su ilə söndürmək olmaz. Belə ki, su aşağı yatacaq, tezalışan və yanacaq maye suyun üzərinə qalxacaq və yanmaqda davam edəcək.

Yanmaqda olan yağı, mazutu və nefti su ilə yalnız tozlandırılmış halda söndürürlər. Belə hallarda tozlandırılmış su tez buxara çevrilir, beləliklə də hava oksigeninin yanma mənbəyinə keçməsinə mane olur.

Döşəməyə və ya torpaq üzərinə az miqdarda dağılmış yanan mayeni söndürmək üçün ən sadə və asan vasitə qumdur. Qum istini udaraq yanan maddəni bir qədər soyudur və bununla birlikdə yanma üçün lazım olan oksigenin ora keçə bilməsini çətinləşdirir. Yadda saxlamaq lazımdır ki, yanğın zamanı quru qumdan istifadə edilməlidir. Belə olmasa o yumurlanacaq və bununla da onun odsöndürmə qabiliyyəti itəcəkdir.

Yanğın zamanı köməyə çatan vasitə

Keçə vasitəsi ilə də yanğını söndürmək olar. Keçəni yanğının üzərinə atmaqla yanma mənbəyinə havanın keçməsinin qarşısı alınır. Bu üsul çox səmərəlidir, lakin yalnız yanma mənbəyi kiçik olduqda - ağ neft cihazları alışdıqda, dağılmış yanacaq (tezalışan) mayeləri yandıqda tətbiq edilir. Keçə əvəzinə çox vaxt ağır yun və mahud yorğandan, köhnə paltodan və sairədən istifadə etmək olar. Yanan əşyanı keçə ilə cəld elə örtmək lazımdır ki, ora hava daxil ola bilməsin və yanma tamamilə sönənədək keçəni eləcə saxlamaq lazımdır.

Yanğınların söndürülməsində digər yanğınsöndürmə vasitələrindən - daxili yanğınsöndürmə kranlarından, qarmaqdan, lingdən, baltadan və xüsusən də kimyəvi odsöndürənlərdən və s. səmərəli istifadə etməyi öyrənmək lazımdır.

Hazırda müxtəlif odsöndürənlərdən ilk yanğınsöndürmə vasitəsi kimi geniş istifadə olunur.

Köpüklü odsöndürənlər bərk materialların, yanar məhlulların yanğın zamanı söndürülməsi üçün nəzərdə tutulmuşdur.

Tozla işləyən odsöndürənlər də çox geniş yayılmışdır. Onlar bərk materialların, yanar məhlulların, qaz və elektrik avadanlıqlarının söndürülməsində tətbiq edilir.

Müasir dövrümüzdə kimyəvi - köpüklü odsöndürənlər daha geniş yayılmışdır. Kimyəvi - köpüklü odsöndürənlərdən xırda yanğınların söndürülməsində istifadə olunur. Odsöndürmə vasitəsi kimi köpük tətbiq edilir. Çünki köpük yanan materialın üstünü tamamilə örtür və oksigenin daxil olmasının qarşısını alır. Köpük elektrik cərəyanını yaxşı keçirdiyi üçün kimyəvi-köpüklü odsöndürənlərlə cərəyan altında olan elektrik naqillərini, elektrik qurğu və cihazlarını söndürmək olmaz. Bu odsöndürənlərlə həm də yanan natriumun, kaliumun, maqneziumun, spirtlərin, kükürdün, asetonun, karbidin və kalsiumun söndürülməsi məsləhət görülmür.

Odsöndürənlər şaquli vəziyyətdə, yerdən 1,5 m məsafədə asılmalıdır. Asılmanın vəziyyəti pozularsa, onda qələvi məhlulu axa bilər və nəticədə şırnaq deşiyinin bağlanmasına səbəb olar. Odsöndürənin qızdırıcı cihazların yaxınlığında, yaxud günəş altında asılması yolverilməzdir. İstinin təsirindən odsöndürənin tərkibi öz keyfiyyətini itirir. Soyuqların düşməsi ilə əlaqədar onları isti yerdə saxlamaq lazımdır.

Ayda bir dəfə bunu mütləq edin

Ayda bir dəfədən az olmamaqla odsöndürənlərə baxılmalı, onların tozu və şırnaq deşiyi təmizlənməli, onun tam işlək vəziyyətdə olmasına daim diqqət yetirilməlidir. Odsöndürənin rütubətdə saxlanılmasına yol vermək olmaz.

Yanğın zamanı təxliyə qaydalarını da bilmək vacibdir.

Yanan mənzili tərk edərkən ilk növbədə ən vacib əşyaları özünüzlə götürün. Çıxarkən mənzildə lənğimək olmaz. Qısa müddətdə özünüz də istəmədən yanma maddələri ilə zəhərlənə bilərsiniz.

Gedərkən giriş qapısını bərk örtün ki, havanın hərəkətinin qarşısı alınsın. Ümumiyyətlə, bütün yarıqları bağlayın. Kranı açın və suyu döşəməyə tökün. Ən əsası isə qazı bağlayın. Alovun pilləkənlərə tərəf yayılmaması üçün qapını su ilə isladın.

Mənzil yanarkən yanğın barədə qonşulara xəbər verilməlidir. Alovun yayılmaması üçün bütün qapı və dəlikləri bağlamaq, yanan mənzilə yaxın yerləşən eyvanlardan tez alışan əşyaları yığışdırmaq lazımdır. Ləyənlərə çox su yığın ki, isinən qapı və divarları sulamaq mümkün olsun. Yanğın vaxtı ən birinci tədbir kimi yanan mərtəbədə və yuxarı mərtəbələrdə olan bütün uşaqların, yaşlı adamların, ümumiyyətlə, yanğınsöndürmə ilə birbaşa məşğul olmayan bütün insanların təxliyəsidir.

Müəmmalı sürət

Hündürmərtəbəli binalarda alov çox müəmmalı bir sürətdə yayılır. Belə ki, yanğın ərazisində o tam söndürüldükdən və buna hamı əmin olduqdan sonra bir də görürsən ki, gözlənilmədən yuxarı mərtəbədə də yanğın var. Bu səbəbdən sakinlərin yanğın zamanı binadakı mənzillərdə deyil, həyətdə olması daha məqsədəuyğundur.

Həyətdə gözləyən sakinlər də boş durmayaraq yanğınsöndürmə maşınlarını qarşılamağı təşkil etməlidirlər. Ən qısa yolla onları giriş qapısına gətirməli, yanğın ocağının yerini, hidrantların yerləşdiyi ərazini göstərməlidirlər. Bundan əlavə, yanğınsöndürənlərə mane olmamaq üçün maşınların müvəqqəti saxlandığı yolları təmizləməyə çalışmalıdırlar. İndi bu o qədər də böyük çətinliklər yaratmır, sadəcə olaraq yolu kəsən maşını bir az tərpətmək yetər ki, sirenanın səsi işləsin və sahibi gələrək onu ərazidən uzaqlaşdırsın.

Əgər aşağı mərtəbədəki yanğın sizi pilləkənlə küçəyə çıxmaq imkanından məhrum edirsə, bu zaman özünüzlə hər hansı bir alət-balta, çəkic götürərək dama çıxmağa çalışın. Götürdüyünüz alətlə çardağın qıfılını qıraraq dama çıxa və kömək gözləyə bilərsiniz. Bu, binanın içində bağlı mənzillərdə qalmaqdan daha əlverişli və təhlükəsizdir.

Liftə minməyin

Yanğın zamanı heç bir halda liftdən istifadə etməyin. Bu, sizi ölümə apararaq təhlükəli tələ ola bilər. Hətta ən cüzi yanğın belə elektrik naqillərində qısaqapanmaya səbəb ola bilir ki, bu da liftin mərtəbələr arasında qalmasına gətirib çıxarır. Beləliklə, siz içəridə qalaraq alovun sizi nə vaxt haqlayacağını gözləməli olacaqsız. Bundan əlavə, lift şaxtası tüstü ilə çox tez dolur ki, bunun da nəticəsində bir neçə saniyə ərzində zəhərlənmə mümkündür. Ona görə yanğının ilkin əlamətləri hiss olunan kimi lifti dayandırın, onun qapıları arasına hər hansı əşya qoyun ki, bu barədə məlumatı olmayan digər sakinlər də liftdən istifadə etməsinlər.

Yanğın ərazisində olarkən yadda saxlayın ki, alovdan öncə tüstü sizin üçün ən böyük təhlükədir. Yanmanın zəhərli maddələri arasında 50-dən 100 növə qədər kimyəvi birləşmələr var. Bunların içərisində insanların ölümünə ən çox karbon oksidi səbəb olur. O, oksigendən 200-300 dəfə daha aktiv olaraq qanda hemoqlobinlə reaksiyaya girir, oksigen aclığı, baş gicəllənməsi və tənəffüsün dayanmasını yaradır, sonra ölümə gətirib çıxarır.

Pilləkənlərdən istifadə də təhlükəlidir

Yanğın zamanı zərərçəkən insanların 80%-i məhz tüstüdən zəhərlənmə nəticəsində həlak olur. Bu səbəbdən mənzillərin təmiri və quraşdırılması zamanı sintetik materiallardan çox istifadə etmək məsləhət görülmür. Onlar çox tez alışır, bu zaman acı tüstü yaranır və təxliyə vaxtını bir neçə dəqiqəyə qədər azaldır.

Güclü tüstülənmə zamanı pilləkənlərdən təxliyə yolu kimi istifadə etməyin. Siz küçəyə çıxmağa çatmazsınız. Bunun üçün üst və aşağı eyvanları birləşdirən qaldırma xarici nərdivanlardan istifadə edərək təxliyə olmaq məsləhət görülür. Çardaq, dam və yaxud qonşu mənzil vasitəsi ilə siz yaxındakı tüstü dolmamış giriş qapısına daxil olaraq küçəyə çıxa bilərsiniz. Məhz bu səbəbdəndir ki, yanğınsöndürənlər həmişə sakinlərə məsləhət görürlər ki, eyvanların döşəməsini dekorativ lövhələrlə, tökmə rezin və ya taxtalarla örtməsinlər.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:833
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 23 Noyabr 2025 11:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see375

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see299

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see282

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see258

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see257

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see242

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see239

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see233

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see226

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see225

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see211

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see210

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see206

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see204

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see203

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see198

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see195

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see191

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see185

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri