Icma.az
close
up
RU
“Ailəmdə baş verənlər mənə çox təsir etdi” Mahir Emreli

“Ailəmdə baş verənlər mənə çox təsir etdi” Mahir Emreli

Qafqazinfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

“Kayzerslautern”də millinin hücumçusu, azərbaycanlı futbolçu Mahir Emreli “Qafqazinfo”ya qısa müsahibə verib.

Sözügedən müsahibəni təqdim edirik:

- “Kayzerslautern”lə son durum nə yerdədir? Oyunlarda şans qazanmırdın, daha doğrusu, baş nəşqçinin sənə haqsızlıq etdiyini hətta Almaniya mətbuatı yazırdı. Nə baş verdi və son durum nədir?

- Hələ ki 2 illik rəsmi müqaviləm var. Builki durum heç bir halda məni qane etmədi. Xüsusilə də oyun dəqiqələri. Mənim üçün çox ağır mövsüm oldu. Bunu dəfələrlə bildirmişəm. Ailəmdə baş verən hadisələr mənə çox böyük təsir etdi. Fiziki çətinliyi bir kənara qoyuram, mental olaraq çətin idi. Hətta bir ara düşünürdüm ki, bu mövsüm tez bitsəydi, beynimə sakitçilik verərdim. Çünki buna ehtiyacım var idi. Milli oyunlarını da bitirdikdən sonra istəyirəm tam olaraq ora fokuslanım. Yaxşı oyuna, yaxşı oyun dəqiqələrinə və qola çox ehtiyacım var. İndi buna köklənmək istəyirəm. Çünki mənim bu cür zamanlarda yeganə tutunacağım futboldur. Çalışıram ki, oradan özümə motivasiya və pozitiv güc alım.

- ⁠Hazırda təkliflər varmı və ya danışıq apardığın klublar var?

- Menecerlərimin görüşdüyü, danışdığı, təklifləri müzakirə etdiyi klublar var. Amma mənim hazırda dediyim kimi, danışdığım rəsmi bir şey yoxdur. Çünki mən “Kayzerslautern”in futbolçusuyam və bu, etik olmaz. Amma təbii ki, hər transfer dönəmində olduğu kimi, maraq olur. Milli toplanışından sonra bu məsələləri oturub müzakirə edəcəyik.

- ⁠Adın sabiq klubun “Legiya” və “Nürnberq”lə hallanır. Nə dərəcədə doğrudur? Əslində hər iki klubda yaxşı iz qoymusan və mümkündür ki, ora keçəsən və ya səni yenidən istəsinlər?

- İki klubda da çox qəşəng zaman keçirmişəm. “Legiya”dan ayrıldıqdan sonra da hər zaman pozitiv mesajlar alıram. Nə vaxt Polşaya getsəm də, yaxşı reaksiyalar alıram. Hətta millinin heyətində Ukrayna ilə görüş üçün Polşaya getmişdim, Varşavadan Krakova 10-15 azarkeş gəlmişdi, sırf mənimlə foto çəkdirmək üçün. Bu da məni həqiqətən sevindirən məqamlardan biri idi. “Legiya”da çox gözəl zaman keçirmişəm. Həm futbol baxımından, həm də mental baxımından. “Nürnberq”ə gəldikdə, heç bilmirdim ki, “Nürnberq”də bu qədər azərbaycanlı yaşayır. Bu gün də bəzən onlar deyirlər ki, tanışlar, bildiyimiz insanlar oyunlara gedir, azərbaycanlılar orada olanda “Emreli deyib, sehrbaz” sözünü işlədirlər. Bu məni çox sevindirir. Bu cür böyük klublarda elə yadda qalmaq qürurvericidir, Azərbaycandan çıxmış futbolçu olaraq özü də. Belə şeyləri görəndə insan həvəslənir və daha artığını etmək istəyir. Amma təbii ki, rəsmi olaraq danışığım yoxdur.

- ⁠Azərbaycandan və ya Qarabağdan təklif gəlsə, necə dəyərləndirərsən?

- Hazırda təklif yoxdur. Azərbaycandan, “Qarabağ”da təklif olarsa, oturub düşünmək lazımdır. Mən hələ “Kayzerslautern”dəki durumumu bilmirəm. Ona görə oturub qərar vermək lazımdır. “Qarabağ” hər zaman mənim evimdir. Hər nəyə nail olmuşamsa, bu, “Qarabağ” və Qurban Qurbanovun mənə göstərdiyi etimad, inamın sayəsində olub. Onların üzərimdə zəhməti çox olub.

- ⁠Milli toplanışda durum necədir? Təlim-məşq toplanışından nə gözləyirsən?

- Bir neçə futbolçu fərdi məşqlər edirik. Digər futbolçular isə 28-də toplanırıq. Bu istiqamətdə başlayacağıq məşqlərə. Son toplanışda olmamışam, amma düşünürəm ki, ab-hava pozitivdir. Uşaqlar qələbənin dadını alıblar. O hissi, o inamı əldən vermək istəmirlər. Düşünürəm ki, bu toplanışda da hər kəs yüz faizini verəcək. Çünki bundan sonra artıq Millətlər Liqası oyunlarıdır. Bu matçlarda özümüzü maksimum göstərməliyik.

- ⁠“San Marino” və “Malta” matçları komandaya nə qatacaq?

- “San Marino”nu analiz etməmişəm. Çoxdandır görməmişəm. “Malta”nın 1-2 dəfə oyunlarını görmüşəm. Kifayət qədər yaxşı, kompakt komandadır. İnkişaf edən futbolları var hazırda. İki oyun da bizə fərqli mənada çox şey qatacaq. Amma ən önəmli olan biz özümüzə köklənməliyik. Çünki bunlar yoldaşlıq görüşləridir. Əsas köklənəcəyimiz məqam “Litva” və “Lixtenşteyn” oyunlarıdır. Ona görə də o matçları baş məşqçimiz dəyərləndirəcək. Nələrə diqqət edəcəyik, nələr önəmlidir, bunu Ayxan Abbasov daha yaxşı bilir və düşünürəm ki, bizdən tələbləri olacaq. Biz də bu tələblər üzərindən oyunlara hazırlaşacağıq. Ümid edirəm ki, Millətlər Liqasına qədər həm qələbə olacaq, həm də müəyyən mənada sistem qura biləcəyik.

Elsevər Məmmədov

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 27 May 2026 19:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see315

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see308

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see295

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see290

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see287

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see286

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see259

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see258

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see240

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see239

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see237

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see236

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see227

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see224

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see198

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see186

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri