Icma.az
close
up
RU
Qənirə Ataşdan MÜRACİƏT: Ailəmin təhlükəsizliyindən narahatam

Qənirə Ataşdan MÜRACİƏT: Ailəmin təhlükəsizliyindən narahatam

Icma.az bildirir, News24 portalına istinadən.

ABŞ-də yaşayan Azərbaycan vətəndaşı, jurnalist Qənirə Ataş İnsan haqları üzrə Monitor Qrupunun üzvlərinə müraciət edib.

News24.az lent.az-a istinadən xəbər verir ki, o, özünün və ailəsinin təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq keçirdiyini bildirib.

"Bir müddət əvvəl Azərbaycanda tibbi təhsili və ixtisası olmayan şəxslərin vətəndaşlara qanunsuz tibbi müdaxiləsi ilə bağlı jurnalist araşdırmaları aparırdım. Bu araşdırmalar zamanı Gəncə şəhərində liposaksiya əməliyyatından sonra dünyasını dəyişən gənc xanım Gülbəniz Bayramovanın ölüm işi ilə qarşılaşdım. Topladığım sübutlara əsasən məlum oldu ki, əməliyyatı "VMR estetik klinikası"nda heç bir tibbi təhsili olmayan Gülsüm Əliyeva həyata keçirmişdir.

Araşdırmalarımı Azərbaycan hüquq-mühafizə orqanlarına və Səhiyyə Nazirliyinə təqdim etdikdən sonra, Gülsüm Əliyevanın qeyri-rəsmi nikah münasibətində olduğu Vüsal Həsənov tərəfindən davamlı təhdid və təhqirlərə məruz qaldım. Sosial mediada mərhum valideynlərimi təhqir edən, övladlarımın şəkillərini montajlayaraq böhtan xarakterli videolar hazırlayan, mənim barəmdə yalan və iftira dolu materiallar yayan paylaşımlar etmişdir. Bu hallar barədə Daxili İşlər Nazirliyinə dəfələrlə müraciət etmişəm və bəzi videoların silinməsinə nail olunmuşdur. Lakin təhdidlər davam edir".

Jurnalist müraciətdə bildirib ki, Vüsal Həsənov Gülbəniz Bayramovanın valideynləri ilə razılıq əldə etdiyini bildirərək, həmin şəxslər vasitəsilə ona və ABŞ-da yaşayan oğluna yenidən ölüm hədələri ünvanlayıb:

"Təəssüf ki, bu cür davranışlar təkcə mənə qarşı deyil. Azərbaycanda bir çox qadınlar da eyni şəxsin şantaj və təhdidlərinə məruz qalmış, o cümlədən tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının qızı Sara xanım da bu davranışlarla üz-üzə qalmışdır. Rus icmasından Zarina Minakovskaya bu dəqiqə təhdidlə üz-üzədir.

Bu gün isə Vüsal Həsənov sosial mediada haqqımda əxlaqsızlıq iddiaları ilə yeni videolar paylaşır və şər-böhtan kampaniyasını davam etdirir. Mən artıq özümün və Azərbaycanda yaşayan qohumlarımın həyatı üçün real təhlükə hiss edirəm. O bütün çıxışlarında özünü "dövlətin adamı" kimi təqdim edərək insanları şantaj edir". 

"Azərbaycan qadını və jurnalist olaraq sizdən xahiş edirəm ki, bu çirkli təhdidlərə qarşı hüquqi və ictimai dəstəyinizi göstərəsiniz. Təhqir və təhdid olunan qadınların bu şəxsin təzyiqlərindən azad olunması üçün atacağınız hər bir addıma görə sizə əvvəlcədən təşəkkür edirəm". - deyə, o, müraciətində qeyd edib.

Qarşı tərəfin də açıqlaması təqdim ediləcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:248
embedMənbə:https://news24.az
archiveBu xəbər 21 Aprel 2025 11:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri