Icma.az
close
up
RU
Ailənin gəliri necə və nə üçün hesablanır?

Ailənin gəliri necə və nə üçün hesablanır?

Icma.az, Cebheinfo saytına istinadən bildirir.

Nazirlər Kabineti ölkə Prezidentinin “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə 29 noyabr 2024-cü il tarixli qanunun tətbiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında” 20 dekabr 2024-cü il tarixli fərmanının icrası ilə əlaqədar bəzi qərarlarında dəyişiklik edib.

Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra Azərbaycanda ailənin orta gəliri hesablanarkən onun gəlirindən paltar, ayaqqabı, yumşaq ləvazimat və avadanlıq əvəzinə verilən pul kompensasiyası çıxılmayacaq. 

Maraq doğuran odur ki, ailənin orta gəliri dedikdə hansı gəlirlər nəzərdə tutulur? 

Məsələ ilə bağlı iqtisadçı-ekspert Razi Abbasbəyli “Cebheinfo.az”-a bildirib ki, burada ailə üzvlərinin müəyyən bir dövr ərzində, adətən 1 ay və ya 1 il ərzində əldə etdiyi ümumi gəlirin ailə üzvlərini sayına bölüməsi nəzərdə tutulur: 

“Ailənin orta aylıq gəlirinin hesablanması düsturu belədir: 

ailənin ümumi aylıq gəliri ailə üzvlərini sayına bölünür, əldə olunan nəticə ailənin orta gəliridir. Ailə gəlirlərinə rəsmi və ya qeyri-rəsmi maaş, pensiya və müavinətlər, əmək qabiliyyətini müvəqqəti itirmək üzrə ödənişlər, sosial yardımlar, əmlakdan, məhsul və heyvandarlıq satışından əldə olunan gəlir və nəhayət, qeyri-rəsmi fəaliyyət mənbələrindən əldə edilən gəlir. 

Yəni sərbəst fəaliyyət, fərdi sahibkarlıq kimi məqamlar var. Hesablama üçün bəzən rəsmi gəlir mənbələri nəzərə alınır. Məsələn, sosial yardım təyinatında bunu göstərmək olar. Bəzi proqramlar üçün orta illik gəlir istifadə olunur. Söhbət müvafiq proqramdan gedirsə, ola bilsin ki, o proqramın icrası üçün bir aylıq ailənin orta aylıq gəliri götürülsün, yaxud bir illik orta gəliri hesablansın. 

Ailəyə ayrılan ünvanlı sosial yardım bir ildən artıq davam edir. Belə olduqda həmin ailənin orta illik gəliri götürülür. Bu, Nazirlər Kabinetinin qəbul etdiyi düsturdur. Eyni zamanda, valideyn himayəsi ilə bağlı məqamlarda ailənin bir və bir neçə illik orta aylıq gəlirləri götürülür”. 

Ekspert bildirib ki, bəzi kompensasiya edilə bilən gəlirlər müəyyən güzəştlər üzrə hesablanır:

“Məsələn, vətəndaş bir nəfəri himayəsinə götürmək istəyir. Bu zaman onun həyat şəraitini nəzərə alırlar, yəni burada orta aylıq gəlirlərdə müxtəlif mənbələr də nəzərə alınır. Ancaq məhz valideyn himayəsinə götürülməklə bağlı Nazirlər Kabinetinin qərarlarına görə, burada qeyri-müəyyən və faktiki olmayan gəlirlər nəzərə alınmır. 

Burada konkret olaraq rəsmi gəlirlər - daşınan və daşınmaz əmlak, torpaq icarəsi və s. götürülür. Ünvanlı sosial yardım təyinatında olduğu kimi, qeyri-rəsmi mənbələr orta illik ailə gəlirinə daxil edilmir”. 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Açar sözlər: gəlir hesab Razi Abbasbəyli

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:223
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 İyul 2025 14:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see430

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see336

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see330

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see298

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see246

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see245

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see234

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see214

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see214

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see205

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see201

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see200

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see198

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see197

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see193

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see190

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see188

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see183

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see181

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri