Ailəsi ilə şantaj olunmuşdu, anasına zəng vurdu “Həll edəcəyəm”+Video
Icma.az xəbər verir, Qafqazinfo saytına əsaslanaraq.
Macarıstanın Baş naziri Viktor Orban Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) keçmiş generalı Qriqori Omelçenkonun təhdidlərindən sonra anasına zəng edərək narahat olmamasını xahiş edib.
“Qafqazinfo” xəbər verir ki, hökumət başçısı martın 11-də anası ilə telefon danışığının səs yazısını öz “Facebook” səhifəsində paylaşıb:
“Salam, ana! Mənim üçün narahat olma, yaxşıyam. Əlbəttə ki, axşamlar, adətən, çox yorğun oluram, çox işləyirəm, ana. Amma narahat olma, hər şeyi mən həll edəcəyəm, bilirsən”.
Xatırladaq ki, sabiq general Omelçenko Orbanın ailəsini, övladlarını və nəvələrini açıq şəkildə hədələyərək, SBU-nun onun harada yatdığına qədər hər addımından xəbərdar olduğunu iddia edib. Buna cavab olaraq Orban “Hər şeyin bir həddi var” deyərək, ailəsinə yönələn bu təhdidləri qəbuledilməz adlandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 12 Mart 2026 22:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















