“Ailəvi səbəblərə görə Bakıya qayıtmalı oldum” kapitan
Icma.az bildirir, Footbal-plus portalına istinadən.
“Turan Tovuz”un kapitanı Şəhriyar Əliyev yoxlama oyunarında komandanın heyətində olmayan futbolçulardan idi. Tovuzlu azarkeşlər isə bundan çox narahat oldu. Onları kapitanın yenidən zədələnmək ehtimalı narahat edir. Klub da bununla bağlı heç bir rəsmi məlumat bildirməyib.
“Football-plus.az” məsələni aydınlaşdırmaq üçün Şəhriyarla əlaqə saxlayıb:
“Zədəm çoxdan sağalıb, sonra da hansısa zədə olmayıb. Şükür Allaha, indi hər şey qaydasınadı. Komanda ilə məşqlərə də qoşulmuşdum. Ailəvi səbəblərə görə Bakıya qayıtmalı oldum. Təlim-məşq toplanışında da komanda ilə birgə məşq etmişəm. Son dörd gün məşq edə bilmədim, o da iki oyuna düşdü”.
Baxış sayı:126
Bu xəbər 13 Avqust 2025 11:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















