“Air Astana” şirkətinə məxsus təyyarə texniki nasazlıq səbəbindən təcili eniş edib
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Astana, 1 sentyabr, AZƏRTAC
Qazaxıstanın Almatı şəhərindən Aktauya uçan “Air Astana” aviaşirkətinə məxsus təyyarə texniki nasazlıq səbəbindən təcili eniş edib.
AZƏRTAC “Kazinform”a istinadla xəbər verir ki, sərnişinlərin sözlərinə görə, uçuş zamanı salonda qəribə səslər eşidilib və 30-40 dəqiqəlik uçuşdan sonra təyyarə yüksək sürətlə enməyə başlayıb.
Aviaşirkətin bəyanatında qeyd olunur ki, avqustun 31-də Almatı-Aktau marşrutu üzrə hərəkət edən KC 859 reysinin ekipajı Aktauya yaxınlaşarkən texniki nasazlıq barədə məlumat verib və təlimata uyğun olaraq prioritet eniş tələb edib.
“Bundan sonra təyyarə təhlükəsiz uçuş səviyyəsinə enərək Aktau hava limanına təhlükəsiz eniş edib”, -deyə məlumatda bildirilir.
Hazırda təyyarəyə texniki baxış keçirilir.
Elşən Rüstəmov
AZƏRTAC-ın xüsusi müxbiri
Astana
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:118
Bu xəbər 01 Sentyabr 2025 12:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















