Icma.az
close
up
RU
“Air Tastes” xidməti ilə AZAL sərnişinləri üçün dadlı yenilik təqdim edib

“Air Tastes” xidməti ilə AZAL sərnişinləri üçün dadlı yenilik təqdim edib

Unikal.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişin təcrübəsini daha da zənginləşdirmək, uçuş zamanı xidmət keyfiyyətini və çeşidini artırmaq məqsədilə yeni “Air Tastes” xidmətini təqdim edib. Bu onlayn xidmət sayəsində ekonom sinif sərnişinləri uçuşdan əvvəl fərdi zövqlərinə uyğun genişləndirilmiş menyudan yemək sifarişi edə biləcəklər.

Bu barədə "Unikal"a  "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib. 

Yeni menyuda üç fərqli səhər yeməyi, eləcə də üç növ nahar və ya şam yeməyi təklif olunur. Seçimlər arasında ət, toyuq, balıq yeməkləri, tərəvəzlər, qəlyanaltılar və dadlı desertlər yer alır.

Bu xidmətdən yararlanan sərnişinlərə  standart menyu təqdim olunmur – əvəzində onlar uçuş zamanı fərdi zövqə uyğun seçilmiş menyu ilə qarşılanır. Qeyd edək ki, “Air Tastes” ödənişli xidmətdir və sərnişinin uçuşdan əvvəl etdiyi seçim əsasında təqdim olunur.  

“Air Tastes” xidməti yalnız onlayn qaydada – AZAL-ın rəsmi www.azal.az veb-saytı və ya mobil tətbiqi üzərindən, “Rezervasiyanın idarə olunması” bölməsində uçuşdan 24 saat əvvəl sifariş edilə bilər.  

Bu yenilik AZAL-ın rəqəmsallaşma strategiyasının tərkib hissəsi olaraq təqdim edilir və sərnişin məmnuniyyətinin artırılmasına yönəlib.

Xidmət haqqında daha ətraflı məlumatı linkdəki videodan əldə etmək olar: https://www.youtube.com/shorts/nd6ZqJgGauk 

“Air Tastes” xidməti ilə səyahətiniz daha komfortlu və dadlı təcrübə ilə yadda qalacaq!


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:76
embedMənbə:https://unikal.az
archiveBu xəbər 06 Avqust 2025 10:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaşinqton görüşü nə vəd edir?

07 Avqust 2025 01:26see281

Okeanın möcüzəsi ilə bağlı PROBLEM: Dünyanın ən böyük mərcan rifinin üçdəbiri yox olub

07 Avqust 2025 05:01see229

ABŞ ın iddiası çox böyükdür

08 Avqust 2025 15:21see209

Həzm problemlərinin qarşısını necə almaq olar? Ekspert rəyi

07 Avqust 2025 01:02see206

Almaniya 100 milyard avroluq fond yaratmağa hazırlaşır

07 Avqust 2025 00:04see170

Çempionlar Liqası: Fənərbaxça Feyenoord a məğlub oldu

07 Avqust 2025 01:03see145

Şəmkirdə dəhşətli qəzada ölənlərin kimliyi açıqlandı

07 Avqust 2025 09:21see135

Gündə cəmi bir kolbasa 11 xəstəlik riski yaradır Həkimdən ciddi xəbərdarlıq

07 Avqust 2025 04:05see132

Oskar ödüllü məşhur aktyora ağır itki üz verdi

07 Avqust 2025 01:55see125

“Bolqarıstana sərfəli nəticə qazanmaq üçün gəlmişik” Sekidika

07 Avqust 2025 01:14see119

“The New York Times”: Çin borc içində boğulur...

07 Avqust 2025 00:16see119

Uşaqlara GTA oynamaq qadağan ediləcək

07 Avqust 2025 01:24see117

Şagirdlər dünyaca məşhur universitetin yay məktəbinə qatılıblar

07 Avqust 2025 00:01see117

Gömrük biznes dialoqu çərçivəsində növbəti görüş keçirilib

07 Avqust 2025 16:35see116

Onlar da “Kızılcık Şerbeti”nə qatılır

07 Avqust 2025 04:55see114

Hindistandan Trampın qərarına: Ədalətsizdir!

07 Avqust 2025 01:37see114

İnsanlarda kəskin baş ağrılarının artmasının SƏBƏBLƏRİ

07 Avqust 2025 02:02see113

Səbrli ol, Strukan!

07 Avqust 2025 18:31see113

Klyuçev sopkası püskürdü

07 Avqust 2025 08:30see113

Əfsanədən onun şıltaqlığına reaksiya

07 Avqust 2025 07:16see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri