Azər Bağırov: “Hamı bizə asan üç xal qazanacağı rəqib kimi baxır”
Idman.biz portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Şamaxı” futbol komandasının baş məşqçisi Azər Bağırov Azərbaycan Premyer Liqasının 13-cü turunda “Qəbələ” üzərində qazanılan 2:0 hesablı qələbəni şərh edib.
İdman.Biz xəbər verir ki, mütəxəssis uzun müddət qələbə qazana bilməmələrinin futbolçular üzərində ciddi psixoloji təzyiq yaratdığını bildirib.
“Bir neçə oyun idi ki, məğlub olur, qələbə qazana bilmirdik. Buna görə də futbolçular böyük təzyiq altında idilər. Xoşbəxtlikdən ilk dəqiqələrdən uşaqlarda qələbə əzmi gördüm. Yaxşı hücum qurduq və qol vurduq. Ümumilikdə istədiyimiz oyunu nümayiş etdirə bildik. Bilirik ki, “Qəbələ”nin də yaxşı futbolçuları var, lakin rəqibə imkanlarından istifadə etməyə şərait yaratmadıq. Məğlubiyyətlərin və qələbəsizliyin yaratdığı stressdən müəyyən qədər xilas ola bildik”, - deyə baş məşçqi söyləyib.
Bağırov Ayman Boualinin komandanın oyunundakı rolunu da dəyərləndirib:
“O, əsas futbolçularımızdan biridir, amma vahid komanda şəklində çıxış etdikdə fayda verir. Onun keyfiyyətlərini bilirik, meydanda müəyyən tapşırıqları var. Özünü daha sərbəst hiss etdikdə ondan gözləniləndən də artığını edə bilir. Bu gün bütün komanda oynadı, Bouali isə ən yaxşılardan biri idi”.
Mütəxəssis əvvəlki uğursuz nəticələrə baxmayaraq, çempionatın aparıcı komandalarına qarşı nümayiş etdirdikləri oyundan razı qaldığını vurğulayıb:
“Neftçi”, “Sabah” və “Turan Tovuz”la qarşılaşmalarımız xoşuma gəldi. Hətta bugünkü oyunu unuda bilərəm, amma həmin görüşlərdə komandam yaxşı futbol nümayiş etdirdi. Məğlubiyyətlərdən dərs çıxarmalı, onları düzgün təhlil etməli, toparlanaraq irəli getməliyik”.
Baş məşqçi hazırda komandanın turnir cədvəlindəki mövqeyinə xüsusi əhəmiyyət vermədiyini də bildirib:
“Hamı bizə üç xal qazanacağı rəqib kimi baxır, amma biz belə düşünmürük. Müəyyən məqsədimiz, öz ideyalarımız və futbolçulara aşılamaq istədiyimiz oyun komponentlərimiz var. Qalib gəlsək, dördüncü, məğlub olsaq, beşinci olacağımızı düşünmürük. Oyundan-oyuna irəliləyirik. Yekunda hansı pilləni tutacağımız mövsümün sonunda məlum olacaq”.
Baxış sayı:73
Bu xəbər 29 Noyabr 2026 18:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















