Aitana Bonmati “Qızıl top” üçün üç namizədin adını açıqlayıb
Icma.az, Idman.biz portalına istinadən məlumat yayır.
İspaniyanın “Barselona” qadın futbol komandasının yarımmüdafiəçisi Aitana Bonmati kişilər arasında “Qızıl top” mükafatına namizədlərlə bağlı fikirlərini açıqlayıb.
İdman.Biz xəbər verir ki, karyerasında üç dəfə qadınlar arasında “Qızıl top”un sahibi olan Bonmati 2026-cı il dünya çempionatından sonra Rodri, Lionel Messi və Pau Kubarsini əsas namizədlər sırasında göstərib.
“Rodriyə verərdim. Messiyə də. Niyə də yox? Onun 39 yaşında dünya çempionatında göstərdiklərini nəzərə almaq lazımdır. Birini seçməli olsam, Rodri və ya Kubarsi deyərdim. Kannavaro da mərkəz müdafiəçisi kimi dünya çempionu oldu və “Qızıl top”u qazandı. Kubarsi də buna layiq olacaq səviyyədə möhtəşəm dünya çempionatı keçirdi”, - deyə Bonmati bildirib.
Mərc şirkətlərinin qiymətləndirməsinə görə, “Bavariya”nın hücumçusu Harri Keyn “Qızıl top” uğrunda cüzi favorit sayılır. Onun əsas rəqibləri sırasında Lamin Yamal, Rodri, Kilian Mbappe və Lionel Messi göstərilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 26 İyul 2026 22:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















