AK islahatlar üçün Moldovaya daha 50 milyon avro ayırıb AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Avropa Komissiyası (AK) Moldovaya ölkədə islahatların aparılması üçün daha 50 milyon avro ayırıb.
“Report” xəbər verir ki, bunu AK rəhbəri Ursula fon der Lyayen “X” sosial şəbəkəsində bildirib.
“Bu gün biz islahatlara və iqtisadi sabitliyə dəstək üçün 50 milyon avro yardım etdik”, - o yazıb.
AK rəhbərinin sözlərinə görə, Moldova Aİ yolunda öz ədliyyə sistemində islahatlar aparmağa çalışır.
“Hakimlərin və prokurorların dürüstlüyünün qiymətləndirilməsi qanunun aliliyinin təmin edilməsi üçün vacibdir. Biz hakimlərin yoxlanılmasını sürətləndirmək üçün yol xəritəsini müzakirə etdik və Aİ-nin buna dəstəyini 10 milyon avroya çatdırdıq”, - o əlavə edib.
Fon der Lyayen həmçinin vurğulayıb ki, Aİ 2025-ci ildə Moldovanın üzvlük danışıqlarının əsas mərhələsinin başlamasını səbirsizliklə gözləyir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 11 Dekabr 2024 00:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















