Icma.az
close
up
RU
Akademik Rafael Hüseynov: Ulu Öndər Heydər Əliyev AMEA nın fəaliyyətini daim diqqət mərkəzində saxlayıb

Akademik Rafael Hüseynov: Ulu Öndər Heydər Əliyev AMEA nın fəaliyyətini daim diqqət mərkəzində saxlayıb

Azertag saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı, 7 oktyabr, AZƏRTAC

AMEA xalqımızın milli ruhunun yüksəlişində müstəsna rol oynayıb. Bu elm məbədi Azərbaycan xalqının əsrlərin keçmişindən gələn böyük zəka enerjisini yeni zamana ötürməyi bacarır. AMEA-nın ildönümü çərçivəsində Azərbaycanın böyük alimlərini yad etmək olduqca vacibdir. Onlar Azərbaycanı dünyada layiqincə təmsil ediblər.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclis sədrinin müavini, Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov Bakı Dövlət Universitetində AMEA-nın 80 illiyi münasibətilə təşkil olunmuş yubiley tədbirində çıxışı zamanı bildirib.

Azərbaycanda akademiya anlayışının yeni bir hadisə olmadığını söyləyən akademik Rafael Hüseynov vurğulayıb ki, hələ XIII əsrdə azərbaycanlı alim Nəsirəddin Tusinin yaratdığı Marağa rəsədxanası mahiyyəti və fəlsəfəsi ilə əsl Elmlər Akademiyası olub. Bu rəsədxana həmin dövrdə Şərqdə ilk çoxsahəli elm ocağı idi. Buna bənzər digər akademiya isə 14-cü əsrdə Fəzlüllah Rəşidəddinin Təbriz şəhərində yaratdığı “Rəşidiyyə” mədrəsəsi idi.

“Azərbaycanda elmin və elm quruculuğunun tarixinə nəzər salsaq Marağa rəsədxanası və “Rəşidiyyə” mədrəsəsini xüsusi qeyd etmək lazımdır. Azərbaycan Milli Elmlər Akademiyasının kökü isə 1923-cü ildə yaradılmış Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətindən başlayır. Həmin cəmiyyətin tərkibinə bir sıra elmi bölmələr daxil edilmişdi. Cəmiyyətin ətrafında mükəmməl ziyalı qüvvəsi toplaşmışdı və akademikləşmiş struktur formalaşmışdı”, - deyə alim bildirib.

Akademik Rafael Hüseynov AMEA-nın böyük tarixi sınaqlardan keçdiyini, bir sıra alimlərin siyasi repressiya qurbanı olduğunu söyləyib. O, AMEA-nın taleyində və tarixində Ulu Öndər Heydər Əliyevin əvəzsiz rolundan bəhs edərək vurğulayıb ki, Azərbaycan elminə hər zaman həssaslıqla yanaşan dahi lider AMEA-nın inkişaf etməsinə qayğısını heç vaxt əsirgəməyib, bu elmi qurumu qoruyub, dirçəldib. Ulu Öndər Azərbaycan Milli Elmlər Akademiyasının fəaliyyətini daim diqqət mərkəzində saxlayıb və onun dünya miqyasında tanınmasına nail olub.

Hazırda bu yolun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən akademik Rafael Hüseynov son illərdə Azərbaycan elminin ölkə rəhbərinin diqqət və qayğısı sayəsində daha yüksək inkişaf mərhələsinə qədəm qoyduğunu bildirib. Qeyd edib ki, Prezident İlham Əliyevin “Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyinin qeyd edilməsi haqqında” 2025-ci il 18 mart tarixli Sərəncamı Azərbaycan elminə, Azərbaycan ziyalısına və akademiyaya verilən yüksək qiymətin ifadəsidir.

“Elm və təhsilin inteqrasiyası, elmin populyarlaşdırılması qloballaşan dünyada müasir dövrün əsas tələblərindəndir”, – deyən alim vurğulayıb ki, bu iki sahənin vəhdət halında inkişafı daha uğurlu nəticələrə gətirib çıxaracaq. Akademik Rafael Hüseynov bildirib ki, yeni dövrün çağırışları fonunda Elm və Təhsil Nazirliyi ilə AMEA-nın imkan və potensialından birgə şəkildə istifadə edilməli, ölkənin elm və təhsil sistemi dünya standartlarına uyğun şəkildə modernləşdirilməlidir: “Əminəm ki, alim və mütəxəssislərimiz, ziyalılarımız bu istiqamətdə səylərini birləşdirərsə, Azərbaycan elminin və təhsilinin böyük nailiyyətlərinin, yeni zəfərlərinin şahidi olacağıq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:53
embedMənbə:https://azertag.az
archiveBu xəbər 07 Oktyabr 2025 18:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see178

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see174

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see170

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see157

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see151

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see143

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see137

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see136

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Ermənistan neft məhsullarımızın pulunu belə ödəyir SXEM AÇILDI

10 Yanvar 2026 13:48see133

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see132

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see130

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see130

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri