Icma.az
close
up
RU
Akademik Şahin Mustafayevin “Təbriz livasının müfəssəl dəftəri” kitabının təqdimatı olub

Akademik Şahin Mustafayevin “Təbriz livasının müfəssəl dəftəri” kitabının təqdimatı olub

Icma.az, Xalq qazeti saytına istinadən bildirir.

Bakı Dövlət Universitetində (BDU) Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayevin iki cildlik “Təbriz livasının müfəssəl dəftəri” kitabının təqdimatı keçirilib.

Tədbrdə çıxış edən BDU-nun rektoru Elçin Babayev bildirib ki, akademik Şahin Mustafayevin üzərində böyük əmək sərf etdiyi “Təbriz livasının müfəssəl dəftəri” həm tarixi mənbə kimi, həm də dövrün mənzərəsini öyrənmək baxımından sanballı tədqiqat işidir. 

Rektor qeyd edib ki, Azərbaycan tarixşünaslığında Osmanlı maliyə-vergi dəftərlərinin əvəzsiz rolunu ilk dəfə gündəmə gətirən akademik Ziya Bünyadov olub. Onun təşəbbüsü ilə ötən yüzilliyin 80-ci illərində Cənubi Qafqaz və Azərbaycan ərazilərinə aid Osmanlı dəftərlərinin sistemli şəkildə öyrənilməsinə başlanılıb. Bundan sonra bir neçə tarixçi-alimimiz bu istiqamətdə tədqiqatlar aparıb: “Müstəqillyimizi bərpa etdikdən sonra Azərbaycan tarixşünaslığında ölkəmizin ayrı-ayrı vilayətlərinin və qonşu bölgələrin orta əsrlər sosial-iqtisadi tarixinin həmin dövr dövlətlərin arxiv materialları əsasında daha dərindən araşdırılması imkanı yaranıb. Xüsusilə Osmanlı arxivlərinin materialları, maliyə-vergi reyestrləri – “tapu təhrir dəftərləri” əsasında araşdırılması ənənəvi elmi istiqamətlərdən birinə çevrilib. “Təbriz livasının müfəssəl dəftəri” kitabı da belə tədqiqatlardan birinin nəticəsidir. 2017-2019-cu illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə həyata keçirilən tədqiqat layihəsi çərçivəsində Azərbaycanın üç tarixi vilayətinin – Təbriz, Marağa və Urmiyanın Osmanlı müfəssəl dəftərlərinin transliterasiya və nəşrə hazırlanması ilə bağlı işlər yerinə yetirilib. Adıçəkilən həmin layihənin nəticəsi olaraq “Təbriz livasının müfəssəl dəftəri” adlı iki cildlik kitab ortaya çıxıb”.

Elçin Babayev diqqətə çatdırıb ki, BDU artıq bu materiallar əsasında tədqiqatların aparılması üçün işlərə başlayıb. BDU-nun magistratura səviyyəsində “Təbriz livasının müfəssəl dəftəri”nin materialları əsasında magistrlik dissertasiyaları üçün mövzular planlaşdırılıb: “İnanırıq ki, magistranlarımız bu zəngin mənbənin materiallarından istifadə edərək sanballı elmi-tədqiqiat işləri aparacaqlar. Vətənimizin tarixinin daha dərindən öyrənilməsinə öz töhfələrini verəcəklər”.

Kitabın müəllifi, Beynəlxalq Türk Akademiyasının prezidenti akademik Şahin Mustafayev kitabın çapı işini öz üzərinə götürən BDU rəhbərliyinə təşəkkür edib. Bildirib ki, sovet dövrü Azərbaycan tarixşünaslığında daha çox ərəb və fars mənbələrinə müraciət olunub. XVIII əsrin 20-ci illərinə aid məlumatları özündə əks etdirən Osmanlı arxivlərindən isə ümumiyyətlə istifadə olunmayıb. Bu dəftərdə 1720-ci ildən başlayaraq Osmanlı hakimiyyətinin hökm sürdüyü Təbriz ərazisində əhalinin vergi siyahısı öz əksini tapıb. Bu mənbə ilə dövrün küçə, yer, insan adları, məhsuldarlıq səviyyəsi, əhalinin sayı və məskunlaşma faizi kimi məlumatları dəqiqliklə əldə etmək, dövrün iqtisadi vəziyyətinə işıq salmaq mümkündür. Təbriz dəftəri əsasında bu torpaqlarda yalnız Osmanlı vergitoplama praktikasının özəllikləri deyil, həm də sosial münasibətlər, şəhər həyatı, kənd təsərrüfatı, tarixi demoqrafiya və Təbrizin XVIII əsrin 20-ci illərindəki toponimikasını öyrənmək mümkündür.

Tədbirdə BDU-nun Ümumi dilçilik kafedrasının müdiri akademik Nizami Cəfərov, Milli Azərbaycan Tarixi Muzeyinin direktoru akademik Nailə Vəlixanlı, Xəzər Universitetinin Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı, professor Eynulla Mədətli, BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının müdiri professor Qulu Məhərrəmli və yazıçı Həmid Herisçi çıxış dərək “Təbriz livasının müfəssəl dəftəri” kitabının Azərbaycan tarixşünaslığının böyük uğuru olduğunu bildiriblər. Qeyd edilib ki, tariximizin qorunması və həqiqətlərin üzə çıxarılması baxımından mükəmməl nümunə olan əsər geniş tədqiqatlar üçün başlanğıcdır.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:116
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Fevral 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see270

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see202

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see186

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see165

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see158

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see157

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see155

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see149

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see149

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see142

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see141

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see137

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see137

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see136

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see134

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see130

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see128

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see126

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri