Icma.az
close
up
RU
Akademik Yusif Məmmədəliyevin elmi irsi daim ölkəmizin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib

Akademik Yusif Məmmədəliyevin elmi irsi daim ölkəmizin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib

Xalq qazeti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Akademik Yusif Məmmədəliyevin elmi irsi daim ölkəmizin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib
Prezident İlham Əliyevin Sərəncamı ilə dünyaşöhrətli kimyaçı alim, akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinin qeyd edilməsi  əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, dövlətimizin elm siyasəti və qayğısının nəticəsidir. Bu gün Azərbaycan alimləri öz yaradıcı fəaliyyətləri ilə ölkəmizin inkişafına töhfə verirlər. Dövlət başçısı Azərbaycan elminə, alimlərinə, onun tarixi şəxsiyyətlərinin irsinə, elmi nəsillərin yetişdirilməsi ənənəsinin davam etdirilməsinə daim diqqət göstərir. 

Bu fikirləri akademik Yusif Məmmədəliyevin 120 illik yubileyinə həsr olunan “Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” adlı beynəlxalq konfransda AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib. 

O qeyd edib ki,  Ümummilli Lider Heydər Əliyev alimin heykəlinin açılışında iştirak edərək geniş nitqlə çıxış edib, Prezident İlham Əliyevin isə akademikin 120 illik yubileyi ilə bağlı Sərəncamında onu Azərbaycan elminin yetirdiyi parlaq sima və Azərbaycanda neft kimyasının bünövrəsini yaratmış alim kimi səciyyələndirib. O cümlədən Birinci vitse-prezident Mehriban xanım Əliyeva 2005-ci ildə akademik Yusif Məmmədəliyevin 100 illik yubileyi ilə bağlı UNESCO-da keçirilən tədbirdə “Yusif Məmmədəliyev sanki bir ömürdə bir neçə həyat yaşayıb”, - deyərək onun elmi fəaliyyətini yüksək qiymətləndirib.

“Yusif Məmmədəliyev Azərbaycanın elm tarixinə neft kimya məktəbinin banisi olaraq düşüb. Yusif Məmmədəliyev ilk dəfə neft qazlarının xlorlaşması, alınan halogenli birləşmələrin müxtəlif sahələrdə istifadəsi, halogenləşmə prosesləri ilə bağlı mühüm tədqiqatlar aparıb. Yüksək oktanlı aviasiya yanacağını kəşf edib ki, bu da SSRİ-nin İkinci Dünya müharibəsində qələbə əldə etməsində tarixi rol oynayıb. Həmçinin neft kimyası və neft emalında alkilləşmə ilə bağlı mühüm elmi nailiyyətlər əldə etmişdir. Bundan əlavə, Yusif Məmmədəliyev Naftalan neftinin sirlərini açmış, onun mahiyyətini elmi əsaslarla işləmişdir ki, insanlarımız bu gün də görkəmli alimimizin nailiyyəti əsasında Naftalan Sağlamlıq Mərkəzində müalicə olunurlar”, - deyə akademik İsa Həbibbəyli diqqətə çatdırıb.

Akademik Yusif Məmmədəliyevin ölkəmizdə humanitar və ictimai elmlərin, Azərbaycan dilinin, ədəbiyyatının, tarixinin, mədəniyyətinin də inkişafında müstəsna xidmətləri olduğunu söyləyən akademik İsa Həbibbəyli bildirib ki, görkəmli alim AMEA-nın prezidenti kimi daim bu sahələrdə tədqiqatların aparılması və genişləndirilməsinə rəhbərlik edib. Həmin dövrdə Əlyazmalar Fondu, Şamaxı Astrofizika Rəsədxanası yaradılıb, Qobustan abidələrinə, “Kitabi-Dədə Qorqud” dastanına dair mühüm tədqiqatlar aparılıb. Akademik Yusif Məmmədəliyevin elmi nailiyyətləri həmin dövrdə Nobel mükafatına namizəd kimi irəli sürülsə də, sovet rəhbərliyinin bu mükafata soyuq münasibəti bunun qarşısını alıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 04 Dekabr 2025 17:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri