Icma.az
close
up
RU
Akademiyanın tələbələri iki aydır təqaüd ala bilmir DGK isə araşdıracağını deyir

Akademiyanın tələbələri iki aydır təqaüd ala bilmir DGK isə araşdıracağını deyir

Dövlət Gömrük Akademiyasında təhsil alan tələbələrin  iki aydır təqaüd ala bilmirlər. Bu barədə tələbələr Günüsəsi.info-ya müraciət edərək bildirib.  

"Dekabr və yanvar üçün təqaüdləri hələ də köçürülməyib: Akademiyanın maliyyə idarəsindən isə problemin nə zaman həllini tapacağına dair vəd verilmir", - məlumatda deyilir. 

Dövlət Gömrük Komitəsindən anews.az-ın sorğusuna cavab olaraq bildirib ki, bu məsələ araşdırıldıqdan sonra məlumat veriləcək. 

Bir neçə gün öncə mətbuatda Dövlət Gömrük Komitəsinin işçilərinin də bir neçə ay əmək haqqlarının ödənilməməsi ilə bağlı xəbərlər yazılmışdı. Qurum rəhbəri Şahin Bağırov bildirib ki, problem texniki səbəblərə görə yaranıb. 

Daha sonra qurumun əməkdaşlarının əmək haqqlarını tam ödənilməsi ilə bağlı məlumat təsdiqlənib. 

Aytac Zeynalova 


www.anews.az
seeBaxış sayı:35
embedMənbə:https://anews.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri