Icma.az
close
up
RU
Menu

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

Ruslar üçün inflyasiya qumbarası...

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

Serialdakı Arda illər sonra (Foto)

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

İran Prezidenti: Amerikaya etibar etmirik

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

Akateleptosun Qələndərə çevrilməyi Türkan Turan yazır

Akateleptosun Qələndərə çevrilməyi Türkan Turan yazır

Icma.az, 525.az saytına istinadən bildirir.

Türkan TURAN

Əvvəl deyirdim ki, bu şəhərdə gözəl olan nə varsa, hamısını görmüşəm, haqqında da yazmışam. Ancaq vaxt ötdükcə baxıram ki, bəlkə də min dəfə keçdiyim yolun üstündə xəbərim olmayan yüz "xəzinə" var imiş və bu günə qədər onlardan sadəcə on, bəlkə də on beşini görmüşəm. Artıq əminəm; İstanbulu kəşf etməyə ömür yetməz. Ümumiyyətlə, gəldiyim qənaət budur ki, İstanbulla bağlı çox yekə danışmamaq lazımdır. Çünki tarixə də nəzər salanda görürəm ki, haqqında yekə danışanlara həmişə həddini bildirib. Özünü ağası sananları, köləsi edib. Başında olduğunu zənn edənləri, ayağının altına alıb. Sanki "sən saydığını say, gör mən nə sayıram" deyər kimi...

O gün xəbərlərdə partiyaların bir-biri ilə olan çaxnaşmasını izləyirəm. Partiya nümayəndələrindən birinin tirbunada əlində mikrofonla rəqibinin adını çəkərək yeri-göyü titrədən səslə dediyi cümlə həm gülümsətdi, həm də düşündürdü. Deyir ki, "O şəxs bilir ki, İstanbulu alan bütün Türkiyəni alacaq". Şəhərin tarix xronologiyasını xatırladığıma görə gülümsədim, çünki bu şəhər yaranandan bəri hər kəs onu qazanmaq üçün savaşır: qərbi də, şərqi də, müsəlmanı da, xristianı da. Uğrundakı bütün mübarizələrin, müharibələrin, mübahisələrin isə tək qalibi var, o da İstanbulun özüdür. Digərləri gəlir və gedir, mövsümlər kimi...

Ona görə də, belə dərinliyə sahib, qatları olan, labirintli şəhəri yazmaq üçün kəlmələrin, ömrün kifayətsiz olduğunu fikirləşirəm. Dünyanın göz bəbəyi bu gözəl şəhər, şübhəsiz ki, üç-beş gündə bir neçə yol xəritəsi ilə gəzib bitiriləcək yer deyil. Açığı, heç şəhər özü də "açılıb tökülməyə" meyilli deyil. Kəşf edilməyi sevir. Onu həqiqətən tanımaq istəyənlərə özünü göstərir. Sevməyənə, marağı olmayana göstərdiyi maksimum yaxınlıq alış-veriş mərkəzləri, əyləncə yerləri, bir də hava limanının yoludur.

Osmanlının beyni

Yolum Kalenderhane Məscidi adı verilən Akateleptosadır. Bu əsrarəngiz abidə Osmanlının beyni, yaddaşı olan Fatehdə, daha dəqiq desək, Vəfa səmtində Şərqi Roma dönəmindən qalmaqdadır. Kalenderhane məhəlləsinin 16 Mart Şəhidlər küçəsində yerləşir. Dörd bucaqlı planda, dörd sütun üzərində, xaça bənzər şəkildə inşa edilən bu kilsə, tərzinə görə günümüzə gəlib çıxan nadir örnəklərdəndir. Hətta baxanda da görünür ki, Bizansın digər dini memarlıq əsərlərindən fərqlənir. Bəzi mənbələr, ibadətgahın IX əsrə aid ola biləcəyini desələr də, aparılan son arxeoloji qazıntı işlərində IV əsrdə inşa edildiyi, hətta ətrafında digər parçalarının torpaq altında qaldığı sübut edilib. Abidənin yan çıxıntılarında Məryəmin fresklərinin altındakı yazıdan da məlum olur ki, buranın ilk adı Teodoks olub. Bu, "Allah doğan" deməkdir. Yəni kilsə Məryəmin şərəfinə inşa edilib və onun adını daşıyıb. Digər araşdırmalar isə ibadətgahın Akateleptos Monastırına aid olduğunu göstərir.

Osmanlı ənənəsi: fresk və mozaiklərin suvanmağı

Bütün Bizans abidələri kimi, burada da tutqun, qaranlıq ab-hava müşahidə edilir. Osmanlı dönəmində pəncərələr əlavə edilərək nisbətən işıqlandırılıb. Ancaq buna rəğmən, içərinin yenə də tamamilə aydınlıq olduğunu demək olmaz. Ən azından mən belə gördüm. Məbədin içərisinə gül qurusu, mavi və yaşıl rənglər hakimdir. Bu da insanda rahatlıq, sakitlik yaradır. Künclərdə qum saatına bənzər, çox da qədim olmayan mehrab var. Ampir üslubundakı minbər taxtadandır. Kürəvari tavandakı qələmlə işlənmiş naxışlar diqqətçəkicidir. Qübbədə bəzi mozaik dizaynlar gözə çarpır. Çünki standart Osmanlı "ənənəsi" kimi, buradakı mozaiklərin də üstü vaxtilə suvaqla örtülüb. Divarlar daş və qırmızı kərpiclərdən ibarətdir. Abidə klassik Bizans kilsəsləri təzində inşa edilib.

Abidə içində yerləşən mərmər örtüklər önəmli detallar arasındadır. Bu cür məkanlarda diqqətçəkən digər ünsürlərdən biri də Bizans dönəmindən qalan, özünəxas bəzək üslubları olan sütun başlıqlarıdır. İstədiyin qədər minbər əlavə et, üzərində minarə ucalt, əgər sütun başlığında o incə qıvrımlar, minbir əməklə ərsəyə gətirildiyi açıq görünən işləmələr varsa, bu, həmin əsərin Bizans abidəsi olduğu mənasına gəlir. Bizans abidələrinə bələd olanların gözündən bu detal əsla qaçmaz.

Akateleptos necə Kalenderhanə oldu?

Məbəd XIII əsrdəki Latın işğalından sonra Roma Katolik kilsəsi olaraq istifadə edilib. Mehrabın yanındakı divarda orta əsr İtaliyasının məşhur din adamlarından Fransiskanlar təriqətinin qurucusu Assisili Əziz Fransisko adı bu iddiaya əsaslanaraq həkk edilib. Kilsənin məscidə çevrilməsi isə İstanbulun fəthindən sonra olur. Sultan Mehmet bu abidəni savaşda göstərdikləri üstünlüklərinə görə, Kalenderi dərvişlərinin istifadəsinə verir, adını da Kalenderhanə qoyur. Qısa müddət sonra da məscid olaraq fəaliyyətə başlayır. Hətta bir müddət keşiş otaqları zaviyə kimi xidmət göstərir. Digər qismi isə səmazənlər istifadə edirlər. Bu səbəblə Kalenderhanə İstanbul fəthindən sonrakı ilk mevləvi təkkəsi sayılmaqdadır. Məscidə çevrildikdən sonra dəfələrlə ciddi deformasiyalara məruz qalır, yanğınlardan keçir, zəlzələlər görür, dəfələrlə xarabalığa çevrilir, tərk edilir, bomboş qalır. İbadətgah, ötən yazılarımızda bəhs etdiyimiz III Əhməd və I Mahmud dönəmində qızlar ağası olan Hacı Bəşir Ağa tərəfindən 1747-ci ildə əsaslı şəkildə təmir edilir. Elə bu yenilənmədən sonra abidə tamamilə məscidə çevrilir. Hətta hökmdar məhfili də əlavə edilir. Bəşir Ağanın bu xeyir işlərinə dair məlumatı məscidin girişində, qapının sağındakı kitabədən öyrənirik.

Nə az, nə çox, düz on altı əsr

Yanğından və zəlzələdən zərər görən məscid 1854-cü ildə təkrar restavrasiya edilir. Bu yenilənməyə dair məlumatlar yenə eyni yerdə, amma bu dəfə qapının sol tərəfindəki kitabədə məlumat verilir. Kitabədə adı keçən Hacı Qədrinin, Qüdsizadə Abdulqədir Qədri olduğu deyilir. Qeyd edim ki, Abdulqədir Qədri əfəndinin son vəzifəsi Mabeyn-i Hümayunda ikinci katiblik olub. Yeri gəlmişkən, bu gün dövlət vəzifəsində işləyən kifayət qədər insan var, heç görmüsünüz ki, bircə abidənin bərpa işlərini öz üzərlərinə götürsünlər? Mən də, görməmişəm. Birinci xanım Mehriban Əliyevadan başqa kimsə bu cür işlərə önəm vermir. Söhbət dövlət qurumlarından getmir, onsuz da bu işlər həmin qurumların nəzdnində olan prosesdir.

Məscidin minasərinə 1930-cu ildə ildırım düşür və dağılır. Daha sonra yenidən inşa edilir. Harvard Universiteti, Bizans Araşdırmaları İnstitutu və İstanbul Texniki Universitetindən 1966-1975-ci illər arasında ortaq araşdırma nəticəsində Kalenderhane məsciddə və ətrafında arxeoloji qazıntı işlərinə başlayırlar. Bu araşdırmalarda Bizans dövrünə aid xeyli qalıqlar tapırlar. Hətta IV və V əsrlərə aid kiçik hamamın təməlləri ortaya çıxarılır. Əldə edilən bu yeni məlumatlara görə, abidənin IV əsrdə saray hamamından erkən dönəm kilsəsinə, Latın Şapelindən Bizans kilsəsinə, ardından da məscidə çevrildiyi 16 əsrlik memarlıq mərhələlərinə dair izlərlə isbatlanır. On altı əsr zarafat deyil, insan söyləyərkən belə ağzında dili yorulur. Elə ən çox da buna görə, əsrlər devirən abidənin məğrur görkəmini itirməməsi, əksinə, yanından keçənə ayaq saxlatdıracaq əsrarəngiz görüntüsü insanı düşündürür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Aprel 2025 20:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see351

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see347

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see335

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see294

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see263

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see229

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see209

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see197

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see191

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see188

Hava kəskin PİSLƏŞƏCƏK bu tarixdən

20 Oktyabr 2026 04:58see187

Sağlam və parlaq dəri üçün zərdəçal (sarıkök) maskası

20 Oktyabr 2026 05:49see185

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see176

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see173

Fransadakı iğtişaşlar PSJ Barselona görüşünə təsir edəcəkmi? Luis Enrike danışdı

20 Oktyabr 2026 01:30see173

“Mançester Siti” Premyer Liqadan aşağı liqaya düşə bilər

20 Oktyabr 2026 01:35see173

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see162

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see161

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see161

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see160
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri