AKİA: Son üç ildə aqrar sektora 380 milyon manatdan çox kredit lizinq vəsaiti ayrılıb
Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
2022–2024-cü illər ərzində kənd təsərrüfatı texnikası və avadanlıqlarının maliyyələşdirilməsi məqsədilə 24,5 min ədəd texnika üçün 247,6 milyon manat həcmində güzəştli və 141 milyon manat həcmində kredit-lizinq vəsaiti ayrılıb.
Bakıvaxtı.az xəbər verir ki, bunu Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin (AKİA) nümayəndəsi Emil Xasməmmədov IV Aqrobiznesin İnkişafı Forumunda çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, eyni dövrdə 21,4 min baş iri və xırda buynuzlu damazlıq heyvanın alınması üçün də 53,6 milyon manat həcmində güzəştli vəsait ayrılıb.
Bundan əlavə, son 3 ildə 7 minə yaxın sahibkarlıq subyektinə 82 milyon manat məbləğində aşağı faizli güzəştli kreditlər verilib.
E. Xasməmmədov qeyd edib ki, kənd təsərrüfatı texnikalarının maliyyələşdirilməsi Kənd Təsərrüfatı Nazirliyinin təsdiq etdiyi siyahıya uyğun həyata keçirilir: “Bu siyahıya aqrar sahənin müxtəlif sahələrini əhatə edən müxtəlif texnikalar daxildir”.
E.Xasməmmədov əlavə edib ki, hazırda aqrar layihələrin maliyyələşdirilməsi üzrə AKİA ilə əməkdaşlıq edən 31 müvəkkil kredit təşkilatı mövcuddur. Onlardan 16-sı bank, 11-i lizinq şirkəti, 4-ü isə bank olmayan kredit təşkilatıdır (BOKT).
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:96
Bu xəbər 02 May 2025 14:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















