Icma.az
close
up
RU
Aksiz 20 qəpik artsa da, siqaretlər 40 50 qəpik bahalaşıb Niyə? AÇIQLAMA

Aksiz 20 qəpik artsa da, siqaretlər 40 50 qəpik bahalaşıb Niyə? AÇIQLAMA

Icma.az bildirir, Milli.az portalına istinadən.

2026-cı il yanvarın 1-dən etibarən tütündən hazırlanan siqaretlərə tətbiq olunan aksiz vergisi artırılır. Qərara əsasən, yerli istehsal olan siqaretlərin hər 1000 ədədi üçün aksiz vergisi 45,5 manatdan 55 manata, idxal olunan siqaretlərdə isə 53,5 manatdan 63 manata qaldırılır.

Yəni, hər 1000 ədəd siqaret 50 qutu deməkdir. Aksiz vergisindəki artım bu hesabla bir qutu siqaret üçün təxminən 20 qəpik təşkil edir. Yəni nəzəri olaraq aksiz artımına görə bir paçka siqaretin qiyməti maksimum 20 qəpik bahalaşmalıdır.

Lakin siqaretin real satış qiymətində artım bundan daha yüksəkdir. Ortalama qiymət artımı 40-50 qəpik arasında baş verib.

Bəs, bunun səbəbi nədir?

Məsələ ilə bağlı Milli.Az-a açıqlama verən iqtisadçı Akif Nəsirli bildirib ki, aksiz vergisinin artırılmasının bir neçə əsas səbəbi var. Onun sözlərinə görə, əsas məqsədlərdən biri dövlət büdcəsinin daxili gəlirlərinin artırılmasıdır.

Qeyd edib ki, siqaret, spirtli içkilər və yanacaq kimi məhsullardan tutulan aksiz vergisi dövlət büdcəsinə əhəmiyyətli gəlir gətirir. Verginin artırılması büdcəyə əlavə vəsaitin daxil olmasına şərait yaradır.

A.Nəsirlinin sözlərinə görə, aksiz vergisinin artırılması eyni zamanda sosial və səhiyyə məqsədləri daşıyır:

"Xüsusilə siqaret kimi zərərli məhsulların qiymətinin yüksəldilməsi onların istehlakının azalmasına yönəlib. Qiymət artdıqca insanlar bu məhsulları daha az alır. Bu isə xərçəng, ürək-damar xəstəlikləri kimi ciddi sağlamlıq problemlərinin yayılmasının azalmasına kömək edir".

İqtisadçı əlavə edib ki, aksiz vergisi inflyasiya və bazar siyasətinin tənzimlənməsi aləti kimi də istifadə olunur:

"Dövlət bir tərəfdən büdcə gəlirlərini artırır, digər tərəfdən isə bazarda müəyyən məhsulların qiymətinə nəzarət mexanizmi formalaşdırır".

Akif Nəsirli bildirib ki, aksiz vergisinin artımı nəzəri olaraq hər siqaret qutusuna görə təxminən 20 qəpik təşkil etsə də, real qiymət artımı daha yüksək olur:

"Bunun bir neçə səbəbi var. Topdansatış və pərakəndə satış şirkətləri öz mənfəət marjalarını qiymətə əlavə edirlər. İdxal və istehsal xərcləri, daşınma və gömrük rüsumları da qiymətə təsir göstərir. Bundan əlavə, istehsalçılar və satıcılar gələcək inflyasiya və mümkün aksiz artımlarını nəzərə alaraq qiymətləri əvvəlcədən yüksəldə bilirlər. Bazar strategiyaları və psixoloji amillər də nəticədə real qiymət artımının rəsmi aksizdən daha yüksək görünməsinə səbəb olur. Nəticədə nəzəri artım kiçik olsa da, real qiymət artımı daha böyük olur".

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyindən Milli.Az-ın sorğusuna cavab olaraq nəzərə çatdırılıb ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə "Qiymətləri (tarifləri) dövlət tərəfindən tənzimlənən malların (işlərin, xidmətlərin) Siyahısı" təsdiq edilib. Həmin siyahıya daxil olan malların, işlərin, xidmətlərin qiymətləri dövlət tərəfindən müəyyən edilir. Digər malların, o cümlədən siqaret qiymətləri bazar prinsiplərinə uyğun olaraq tələb və təklif əsasında təsərrüfat subyektləri tərəfindən sərbəst müəyyən edilir.

Bundan əlavə qeyd olunub ki, "Sahibkarlıq fəaliyyəti haqqında" Qanuna əsasən, sahibkarlar öz məhsulları (işləri, xidmətləri) üçün qiymətləri sərbəst müəyyən edirlər. İstehlak bazarında sahibkarlar tərəfindən istehlakçılara müxtəlif qiymət və şərtlərlə məhsullar təklif olunur, istehlakçıların onların arasından qiyməti və istehlak xassələri daha uyğun olan malı sərbəst seçmək hüququ var.

Qurum bildirib ki, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi əsassız qiymət dəyişikliyinin qarşısının alınması, qiymət formalaşması zamanı rəqabət qanunvericiliyinə riayət olunmasına nəzarət məqsədilə istehlak bazarında mütəmadi monitorinqlər aparır və pozuntu aşkar olunduqda qanunvericiliyə uyğun tədbirlər görür:

"Əlavə olaraq bildiririk ki, qiymət dəyişikliyinin rəqabət qanunvericiliyinin pozulmasından irəli gəldiyini sübut edən sənəd və məlumatlar Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə təqdim edildiyi təqdirdə məsələyə mahiyyəti üzrə baxılır. Agentliyə rəsmi internet səhifəsi (https://competition.gov.az/az/page/muraciet/erize-sikayet-teklif) və elektron poçt  ([email protected]) vasitəsilə müraciət etmək mümkündür".

Mina Mikayılova
Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:16
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 09 Yanvar 2026 10:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see768

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see209

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see201

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see180

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see170

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see163

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see148

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see146

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see143

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see139

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see126

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see126

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see126

ABŞ ın 2027 ci il üçün hərbi büdcəsi 1,5 trilyon dollar olacaq

08 Yanvar 2026 02:03see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri