Icma.az
close
up
RU
Metroda məsafəyə uyğun olaraq 20, 30 və ya 40 qəpik ödəyəcəyik AÇIQLAMA

Metroda məsafəyə uyğun olaraq 20, 30 və ya 40 qəpik ödəyəcəyik AÇIQLAMA

Redaktor.az saytına istinadən Icma.az xəbər verir.

"Bakı Metropoliteni" gələcəkdə məsafəyə görə differensial ödəniş sisteminin tətbiq oluna biləcəyi barədə açıqlama verib. 

Bəs metroda bu sistemin tətbiqi real olaraq mümkündürmü? Bu sistemin tətbiqindən sonra qiymətlər necə müəyyənləşdirilə bilər?

Redaktor.az-ın sualına cavab olaraq nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, differensial qiymət siyasəti artıq dəmir yollarında tətbiq olunur:

""Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti (QSC) bu modeli Azərbaycanda ilk dəfə reallaşdıran qurum kimi tarixə düşüb. Buradan irəli gələrək digər qurumlarda da bu yanaşmanın müzakirə olunduğunu görmək mümkündür. Əgər bu gün metroda tətbiqi nəzərdə tutulursa, müəyyən müddət sonra bunun ictimai nəqliyyatın digər növü, avtobuslarda da həyata keçirilməsi real görünür. Prinsip etibarilə bu, ədalətli yanaşmadır. Çünki iki dayanacaq yol gedib 60 qəpik ödəyənlə, 12 dayanacaq qət edib eyni məbləği ödəyən arasında fərq yaranır. Özünüz düşünün: bu, ədalətlidirmi? Daha çox məsafə qət edənlə az gedən eyni qiymət ödəyir".

Ekspert qeyd etdi ki, müəyyən metrolarda hallarda bahalaşma baş verə bilər, amma müəyyən həddi aşmamaq şərtilə:

"Məsələn, indiki 60 qəpiklik yol 12 dayanacaqdan istifadə edən biri üçün təxminən 80 qəpiyə başa gələ bilər. Bundan yuxarı olmamalıdır. Ən pis halda maksimum bir manat ola bilər. Digər tərəfdən, iki-üç dayanacaq gedən artıq 60 qəpik ödəməyəcək. O, məsafəyə uyğun olaraq 20, 30 və ya 40 qəpik ödəyəcək. Yəni balans bu şəkildə formalaşacaq və nəticədə differensial ödəniş mexanizmi burada da işləyə bilər. Bu, texniki baxımdan da həll olunması mümkün olan bir məsələdir. Dediyim kimi, "Azərbaycan Dəmir Yolları" artıq bunu tətbiq edib və AZCON Holdinqə tabe olan qurumlardan biridir. Metro da həmin holdinqin tərkibindədir. Digər qurumlar, o cümlədən Azərbaycan Yeriüstü Nəqliyyat Agentliyi də oraya tabedir. Ona görə də AZCON-un tabeliyində olan bir qurum bunu edə bilirsə, məncə, digərləri də həyata keçirə bilər".

Müsahibimizin sözlərinə görə, differensial ödənişə yanaşma elə olmalıdır ki, insanlar bunu normal qəbul edə bilsinlər.

"Uzaq məsafə qət edən şəxsin daha çox ödəməsi cəmiyyətə kəskin qiymət artımı kimi təqdim olunmamalıdır. Bu, differensial yanaşma kimi izah edilməlidir. Əgər min nəfərin büdcəsinə 10–20 qəpik artımla təsir göstərilirsə, əvəzində 10 min nəfər daha az ödəniş edirsə, bunu sübut edə bildikləri halda bu model yaxşı yanaşma sayılır".

Xədicə BAXIŞLI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:156
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 27 Noyabr 2025 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri