Aktau qəzası: 38 nəfərin qətli və gizlədilən general
Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.
2024-cü il dekabrın 25-də Xəzər səması növbəti bir faciəyə şahidlik etdi. "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus, 4K-AZ65 qeydiyyat nişanlı Embraer E190AR tipli sərnişin təyyarəsi Bakıdan Qroznıya doğru J2-8243 nömrəli müntəzəm reysi yerinə yetirərkən Aktau şəhəri yaxınlığında qəzaya uğradı.
Faciənin başlanğıc nöqtəsi Çeçenistan səması oldu. Qroznı hava limanına eniş etməyə hazırlaşan təyyarə gözlənilmədən GPS siqnallarının itməsi və kənar müdaxilə ilə üzləşdi. Pilotların qəhrəmanlığı sayəsində ağır zədə almış hava gəmisi istiqamətini Xəzər dənizi üzərindən Qazaxıstana istiqamət ala bilsə də, son mənzilə çata bilmədi. Təyyarə Aktau Beynəlxalq Hava Limanından cəmi 3 kilometr aralıda yerə çırpıldı. Bu dəhşətli qəza nəticəsində 38 nəfər, o cümədən hər iki pilot — təcrübəli kapitan İqor Kşnyakin və ikinci pilot Aleksandr Kalyaninov həlak oldu.
Rusiya tərəfi hadisənin ilk günlərindən etibarən məsuliyyətdən yayınmaq üçün bir neçə fərqli və bir-birini təkzib edən versiyalar irəli sürdü: rəsmi Moskvanın ilk reaksiyası qəzanın mühərrikə quş girməsi nəticəsində baş verdiyini iddia etmək oldu. Lakin təyyarənin gövdəsindəki çoxsaylı mərmi və qəlpə izləri bu iddianı rədd etdi .Bir neçə ay sonra, faktlar gizlədilə bilməyəndə, prezident Vladimir Putin etiraf etdi ki, təyyarə Rusiya HHM-si tərəfindən "zədələnib". Lakin o, bunu Ukrayna dronlarına qarşı aparılan əməliyyat zamanı baş vermiş bir "bədbəxt hadisə" kimi təqdim etməyə çalışdı. İddia olundu ki, Rusiya hava hücumundan müdafiə sistemləri (xüsusilə "Pantsir-S") guya Ukrayna PUA-larını izləyərkən raketlər sərnişin təyyarəsinin yaxınlığında partlayıb. Hazırda Rusiya İstintaq Komitəsi həmçinin işi "səhlənkar idarəetmə" və ya "texniki koordinasiyasızlıq" kimi qələmə verərək, cinayətə məsul hərbçiləri məsuliyyətdən kənarda saxlamağa çalışır.
"Azərbaycan Hava Yolları"na (AZAL) məxsus sərnişin təyyarəsinin vurulması ilə nəticələnən bu hadisə, sadəcə texniki bir xəta deyil, həm də Rusiya hərbi komandanlığının qeyri-peşəkarlığının və insan həyatına laqeydliyinin bariz nümunəsidir. Hadisədən bir il keçməsinə baxmayaraq, Kremlin nümayiş etdirdiyi mövqe - günahkarların gizlədilməsi və istintaqın faktiki olaraq dayandırılması - Bakının səbrini daşırır.
Son məlumatlara görə, Rusiya İstintaq Komitəsi general-mayor Aleksandr Tolopilo barəsində araşdırmanı dayandırıb. 11-ci hava hücumundan müdafiə ordusunun komandan müavini olan bu şəxs, sərnişin laynerini hədəf seçmək əmrini verən birbaşa məsuldur. Maraqlıdır ki, Rusiya tərəfi bunu "təkmilləşdirmə müşavirəsi" ilə ört-basdır edərək, Tolopilonun heç bir cəza almayacağını eyham vurur.
Burada Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin rolu xüsusi qeyd olunmalıdır. Bastrıkinin fəaliyyəti son illərdə hüquqi peşəkarlıqdan çox, ultra-millətçi və siyasi sifarişli yanaşmaları ilə seçilir. İstintaqın şəffaf aparılmaması və faktların gizlədilməsi Bastrıkin rəhbərliyindəki qurumun qeyri-peşəkarlığının və Azərbaycan vətəndaşlarının həyatına qarşı olan ayrı-seçkilik ruhunun göstəricisidir. Rusiya daxilində cinayət işinin bağlanması beynəlxalq hüququn tələblərini yerinə yetirmir, əksinə, cinayəti himayə etmək mənasına gəlir.
Rusiya tərəfi hadisəni "daxili məsələ" kimi ört-basdır etmək istəsə də, Qazaxıstan Nəqliyyat Nazirliyinin yaratdığı beynəlxalq komissiyanın (Braziliya və Azərbaycan ekspertlərinin iştirakı ilə) ilkin nəticələri hər şeyi sübut etdi. Təyyarənin "qara qutu" yazıları və fyüzelyajın analizi göstərdi ki: təyyarə Qroznı şəhəri üzərində olarkən iki dəfə xarici partlayış dalğasına məruz qalıb, hidravlik sistemlər ardıcıllıqla sıradan çıxıb ki, bu da yalnız raket qəlpələrinin təsiri ilə mümkündür və qalıqlar arasında təyyarənin strukturuna aid olmayan xarici metal hissəcikləri (raket qəlpələri) aşkar edilib.
Rusiya prezidenti Vladimir Putinin 2025-ci ilin oktyabrında İlham Əliyevlə görüşündə təyyarənin Rusiya HHM-si tərəfindən "zədələndiyini" etiraf etməsi, əslində günahın rəsmi etirafı idi. Lakin bu etirafın hüquqi müstəvidə davamının gəlməməsi Azərbaycanı daha kəskin addımlar atmağa sövq edir. Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovun qeyd etdiyi kimi, istintaqın dayandırılması ilə bağlı rəsmi məktubun alınması Bakı üçün gözlənilməz addım olub və həmin məktuba lazımi qaydada cavab verilib. Prosesin süni uzadılması Azərabaycan üçün növbəti mərhələnin — Beynəlxalq Məhkəməyə müraciətin başlanğıcı ola bilər.
Burada vacib bir paraleli xatırlamaq lazımdır. 2001-ci ildə Qara dəniz üzərində Rusiyanın "Sibir" aviaşirkətinə məxsus "Tu-154" təyyarəsi təyyarə Ukrayna hərbçiləri tərəfindən təlim zamanı təsadüfən vurulanda rəsmi Moskva dünyanı ayağa qaldırmış, hadisəni "beynəlxalq terrorizmdən ağır cinayət" adlandırmışdı. O zaman Rusiya həm kompensasiya, həm də bütün günahkarların ən ağır şəkildə cəzalandırılmasını tələb edirdi.
Bu gün isə rollar dəyişib. Eyni hadisə Rusiya tərəfindən törədiləndə, onlar bunu "işçi xətası" kimi qələmə verir və generallarını mükafatlandırırlar. Bu, klassik ikili standartlar siyasətidir. Rusiya anlamalıdır ki, beynəlxalq hüquq dövlətlərin böyüklüyünə görə deyil, ədalət prinsiplərinə görə işləməlidir.
Müharibə şəraitində və ya gərginlik dövründə hava hücumundan müdafiə sistemlərinin sərnişin təyyarələrini səhvən hədəf alması tarixdə ilk hadisə deyil. Lakin bu hadisələrin hər birində dövlətlər, nə qədər çətin olsa da, sonunda məsuliyyəti üzərlərinə götürmüş, rəsmi üzr istəmiş və milyonlarla dollar kompensasiya ödəmişlər. Rusiya isə nəinki günahkar generalı cəzalandırmır, hətta hadisəni "yaddaşlardan silməyə" çalışır.
Azərbaycan Prezidenti İlham Əliyev öz çıxışlarında dəfələrlə vurğulayıb ki, Rusiya günahını etiraf etməli, günahkarları cəzalandırmalı və təzminat ödəməlidir. Bakı üçün bu məsələ sadəcə bir təyyarə qəzası deyil, dövlət ləyaqəti və vətəndaşın müdafiəsi məsələsidir. Rusiya tərəfi kompensasiya vədlərini sürətləndirməli, ən əsası isə günahkar hərbçilərin hüquqi cəzasını təmin etməlidir.
Əks halda, Azərbaycanın beynəlxalq arbitrajlara müraciəti Rusiyanın onsuz da zədələnmiş beynəlxalq imicinə daha bir ağır zərbə vuracaq. Ədalət gecikə bilər, amma mütləq bərqərar olunacaq. (Moderm.az)
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.

Bu mövzuda digər xəbərlər:Aktau qəzası: yaralılardan biri komadan çıxdı Video
29 Dekabr 2024 14:13
Aktau qəzası: Rusiyanın atmalı olduğu iki addım
27 Dekabr 2024 17:01
38 nəfərin hamısının cəsədi tapılıb Rəsmi
26 Dekabr 2024 10:41
Qazaxıstan qəzada 38 nəfərin öldüyünü açıqladı
25 Dekabr 2024 19:35
38 nəfərin vətəndaşlığı ləğv edildi Küveytdə
25 Yanvar 2025 04:52
Baxış sayı:53
Bu xəbər 12 Yanvar 2026 13:51 mənbədən arxivləşdirilmişdir

Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur

Günün ən çox oxunanları