Aktauda təyyarənin qəzaya uğradığı ərazidən daha bir “qara qutu” tapıldı Yeni Çağ Media
Yenicag portalından verilən məlumata əsasən, Icma.az bildirir.
“Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğradığı ərazidən daha bir “qara qutu” tapılıb.
Yenicag.az xəbər verir ki, bunu Manqistau vilayətinin nəqliyyat prokuroru Abılaybek Ordabayev deyib.
“İki “qara qutu” tapılıb və Hava Qəzalarının Təhqiqat İdarəsinə təhvil veriləcək. Və sonra nəzərdən keçiriləcək”, – o bildirib.
O həmçinin qəza yerində aparılan işlərdən də danışıb.
“Zərərçəkmişlərin və yerüstü xidmət işçilərinin dindirilməsini apardıq. Bütün şahidləri də müəyyən edirik. Dispetçerlərlə ekipaj arasında danışıqlarının yazısı da götürülüb. Tamamlanma mərhələsində hadisə yerinə baxış 4 min kvadratmetrdən çox ərazini əhatə edir. Polis qüvvələri ərazinin təhlükəsizliyini təmin edir”, – o bildirib./Trend/
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 26 Dekabr 2024 19:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















