Icma.az
close
up
RU
Söyüş üstündə dava düşdü Maaşından hər ay pul tutulacaq: TƏFƏRRÜAT

Söyüş üstündə dava düşdü Maaşından hər ay pul tutulacaq: TƏFƏRRÜAT

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Şəmkir rayonunda 1998-ci il təvəllüdlü Tərlan şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həmkəndlisi və tanışı İlqara (adlar şərtidir – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Yeni Göyçə kəndi ərazisində baş verib. Tərlan aralarında şəxsi münasibətlər zəminində yaranmış münaqişə zamanı yumruq zərbəsi ilə İlqarın baş və sifət nahiyyəsinə vurub. 
Hadisəni törədən Tərlanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
İş üzrə ifadə verən Tərlan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş İlqar onun tanışıdır, həmin şəxslə aralarında normal münasibətlər olub: “Məlum hadisə günü, saat 23 radələrində kənddə yerləşən marketin yaxınlığında olarkən İlqarın mobil telefon danışığı zamanı qeyri-etik ifadələr işlətməsini eşitdim. Ona irad bildirdim, söyüş söyməməsini dedim. Həmin vaxt məni də söyərək təhqir etdi və yaxşı etdiyini bildirdi. Bundan əsəbləşərək əl zərbəsi ilə onun üz nahiyəsinə zərbə yetirdim, onu qəsdən döydüm. Həmin vaxt orada olan Xəlil adlı həmkəndlimiz bizim yanımıza gələrək bizi ayırdı. Sonra İlqar oradan getdi. Mən də yaşadığım evə getdim, yatdım. Ertəsi gün yuxudan oyandım, Şəmkir şəhərinə gəldim. Orada olarkən İlqar mənə zəng etdi”. 
Şəmkir Rayon Məhkəməsinin hökmü ilə Tərlan hər ay qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla 6 ay müddətinə islah işləri cəzası alıb.
Fariz Məlikli
Demokrat.Az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 19 Yanvar 2026 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see341

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see325

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see323

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see303

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see302

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see289

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see252

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see241

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see233

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see220

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see214

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see198

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see196

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see193

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see183

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see179

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see178

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see177

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see174

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri