Aktaudakı təyyarə qəzasında yaralanan beş rusiyalı xəstəxanalarda müalicə alırlar
Icma.az bildirir, Sia Az saytına əsaslanaraq.
Qazaxıstanın Aktau şəhəri yaxınlığında “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin qəzaya uğraması nəticəsində yaralanan beş Rusiya vətəndaşı xəstəxanalarda qalır. SİA Rusiya KİV-lərinə istinadən xəbər verir ki, bunu ölkənin səhiyyə nazirinin köməkçisi Aleksey Kuznetsov bildirib.
"Federal mərkəzlərin stasionarlarında beş nəfər müalicə alır, onların vəziyyəti orta ağır qiymətləndirilir, dinamika müsbətdir", - o vurğulayıb.
A.Kuznetsovun sözlərinə görə, Moskvaya təxliyə edilənlər arasında olan qızın vəziyyəti yaxşılaşıb, o, ambulator müşahidə altında buraxılıb.
Xatırladaq ki, dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinin J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Aktau şəhərinin yaxınlığında qəzaya uğrayıb. Hadisə nəticəsində 38 nəfər həlak olub, 29 nəfər isə yaralanıb.
İlkin məlumata görə, təyyarə Rusiyanın hava məkanında Qroznı üzərində fiziki və texniki xarici müdaxilə nəticəsində qəzaya uğrayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:74
Bu xəbər 10 Yanvar 2025 11:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















