Icma.az
close
up
RU
Aktotı Raimkulova: Türk dünyasının birliyi üçün gördüyümüz hər bir iş ortaq strateji tərəfdaşlığımızın ayrılmaz hissəsidir

Aktotı Raimkulova: Türk dünyasının birliyi üçün gördüyümüz hər bir iş ortaq strateji tərəfdaşlığımızın ayrılmaz hissəsidir

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Bakı, 20 iyun, AZƏRTAC

Azərbaycan və Türkiyə kimi iki qardaş ölkənin ortaq tarixi, mədəniyyəti və strateji əməkdaşlığı əsasında təşkil olunmuş simpozium birgə elmi müzakirələr aparmaq, həmçinin ortaq gələcəyimizi formalaşdırmaq baxımından əhəmiyyətli platformadır.

AZƏRTAC xəbər verir ki, bu fikri Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova AMEA-nın və Türkiyə Elmlər Akademiyasının birgə təşkilatçılığı ilə Bakıda keçirilən “Azərbaycan və Türkiyə dünya siyasətində” beynəlxalq simpoziumunda çıxışı zamanı deyib.

“Türk Mədəniyyəti və İrsi Fondu olaraq əsas məqsədimiz türk xalqları arasında ortaq dəyərlərin qorunması, zəngin elmi-mədəni irsimizin tanıdılması və gələcək nəsillərə ötürülməsidir”, - deyən Aktotı Raimkulova Fondun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü, Qazaxıstan, Qırğız və Türkiyə respublikalarının dövlət başçılarının dəstəyi ilə 2012-ci ildə yaradıldığını diqqətə çatdırıb. O, Fondun qardaş ölkələr arasında elmi-mədəni inteqrasiyanın gücləndirilməsinə böyük önəm verdiyini söyləyib.

Azərbaycan və Türkiyənin təkcə coğrafi deyil, həm də mənəvi və mədəni baxımdan bir-birinə bağlı olduğunu deyən Aktotı Raimkulova vurğulayıb ki, bu iki ölkə arasında strateji tərəfdaşlıq Türk dünyasının bütövlüyü üçün mühüm nümunədir.

O, Türk Mədəniyyəti və İrsi Fondunun Azərbaycan Milli Elmlər Akademiyası və onun nəzdindəki müxtəlif institutlarla sıx əməkdaşlıq etdiyini bildirib. “Buna misal olaraq, uzun müddət itirilmiş sayılan böyük türkoloq alim Xalid Səid Xocayevin XX əsrin 30-cu illərində Azərbaycan dilinə tərcümə etdiyi Mahmud Kaşğarinin “Divanü lüğat-it-türk” əsərinin təqdim olunması, 2024-cü ilin dekabrında Parisdə UNESCO-nun mənzil-qərargahında “Divanü lüğat-it-türk”ün 950 illiyi münasibətilə beynəlxalq konfransın təşkili və bir çox digər tədbirləri sadalamaq mümkündür”.

Aktotı Raimkulova qeyd edib ki, hazırda Fond AMEA ilə birgə 2026-cı ildə Bakıda keçiriləcək və Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunacaq simpoziuma hazırlıq işləri aparır.

Fondun prezidenti beynəlxalq simpoziumun yeni ideyalar üçün ilham mənbəyi olacağına, Azərbaycan və Türkiyə alimləri arasında əməkdaşlığı daha da möhkəmləndirəcəyinə və Türk dünyasının qlobal mədəni-siyasi mövqeyinin güclənməsinə töhfə verəcəyinə əminliyini ifadə edib. Bildirib ki, elm vasitəsilə qurulan körpülər siyasi və iqtisadi əməkdaşlığı daha möhkəm və davamlı edə bilər. Bugünkü simpozium kimi tədbirlər də daxil olmaqla Türk dünyasının birlik və həmrəyliyi üçün gördüyümüz hər bir iş ortaq strateji tərəfdaşlığımızın ayrılmaz hissəsidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:149
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 İyun 2025 18:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see161

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see161

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see156

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see151

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see150

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see149

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see144

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see139

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see137

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri