Icma.az
close
up
RU
Aktotı Raimkulova Yəsəvi irsinə həsr olunan simpoziumda FOTO

Aktotı Raimkulova Yəsəvi irsinə həsr olunan simpoziumda FOTO

Bakupost saytından verilən məlumata görə, Icma.az xəbər verir.


Mayın 14-16-da Türküstan (Qazaxıstan) şəhərində “Yəsəvi irsi dövrlər və mədəniyyətlər dialoqunda: humanist dəyərlər və müasir çağırışlar” başlıqlı Beynəlxalq Simpozium keçirilib. Türk Mədəniyyəti və İrsi Fondunun Prezidenti Aktotı Raimkulova simpoziumda iştirak edib.

Fonddan Bakupost.az -a verilən məlumata görə, simpoziumun açılışında çıxış edən Aktotı Raimkulova Türküstanın Türk dünyasının mənəvi paytaxtı kimi xüsusi əhəmiyyət daşıdığını vurğulayıb və böyük mütəfəkkir Xoca Əhməd Yəsəvi irsinin bu gün də mənəvi dəyərlər üçün bir kompas rolunu oynadığını qeyd edib.

O, Türk Mədəniyyəti və İrsi Fondunun türk irsinin qorunması və tanıdılması məqsədi daşıyan əsas təşəbbüslərini təqdim edib. Bu təşəbbüslər arasında abidələrin bərpası üzrə layihələr, rəqəmsal kataloqun və beynəlxalq “TurkicHeritage” platformasının yaradılması, Türk Mədəniyyəti Mərkəzlərinin türk ölkələrinin aparıcı universitetlərində və bu hüdudlardan kənarda açılması, habelə türk dastanları və ənənəvi sənət növlərinin YUNESKO-nun siyahılarına salınması üzrə təşəbbüslər yer alır.

Fondun prezidenti çıxışında xüsusilə Xoca Əhməd Yəsəvinin “Divani-Hikmət” əsərinin Azərbaycan dilinə tərcüməsinə diqqət yetirib. O, bu təşəbbüsü Yəsəvi irsinin türk xalqları arasında yayılmasına yönəlmiş mühüm addım kimi qiymətləndirib.

Tədbir Yəsəvi irsi və ümumtürk fəlsəfəsi prizmasından müasir çağırışların elmi və mənəvi kontekstdə müzakirəsi üçün əhəmiyyətli bir platforma olub.

Simpoziumun açılış mərasimində Qazaxıstan Respublikasının Dövlət müşaviri Erlan Karin, Qazaxıstanın mədəniyyət və informasiya naziri Aida Balaeva, Türküstan vilayətinin Qubernatoru Nuralxan Kuşerov, Qazaxıstanın elm və ali təhsil naziri və plenar iclasın moderatoru Sayasat Nurbek, ABŞ-ın İndiana Universitetinin professoru Devin De Vis, Türkiyənin Ankara Universitetinin professoru Əli Rafət Özkan çıxış ediblər.

Plenar iclasda və sonrakı bölmələrdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Türkmənistan, Tacikistan, İran, Yaponiya, Almaniya, Hindistan, Rusiya, İtaliya, Çin və ABŞ-dan gəlmiş tanınmış alimlər və mütəxəssislər elmi məruzələrlə çıxış ediblər.





Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 16 May 2025 18:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see203

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see176

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see162

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see158

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see152

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see146

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see137

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see134

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see130

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see129

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see126

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see125

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri