Aktyor Natiq Fərzəliyev: Həkimlər o qədər dərman yazıb ki... Pəncərəmin bağlanmağına az qalıb
Mia.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"Bir müddət öncə kliniki ölüm keçirən aktyor Natiq Fərzəliyevin səhhətində problem yaranıb".
Mia.az-ın məlumatına görə, bu barədə Qaynarinfo-ya açıqlamasında aktyorun özü məlumat verib. Aktyor həkimlərin yazdığı dərmanlardan şikayətlənib:
"Həkimlər o qədər dərman yazıb ki... Borc edib alırsan, amma onların qəbul etmək dəhşətdir. Günüm ancaq dərman içməklə keçir. Başımda problemlər var. Bir müddət öncə çəkiliş zamanı kliniki ölüm keçirmişdim. Təzyiq oynayır, ya yüksək olur, ya da aşağı düşür. Səbəblərini də demirlər. Birinci kurs müalicə bitib, indi ikinci kursa başlamalıyam".
Aktyor ölümünə az vaxt qaldığını deyir: "Pəncərəmin bağlanmağına az qalıb. Ömür gedir, istəsək də, istəməsək də, qarşıda bizi ölüm gözləyir".
Baxış sayı:103
Bu xəbər 05 Dekabr 2024 12:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















